Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə31/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   27   28   29   30   31   32   33   34   ...   188
3. Qəhrəman ata kimi.

4. Qəhrəman oğul kimi.

Dastanda ata-oğul münasibətləri oğuz cəmiyyətini birləşdirən əsas bağlardan biridir. Məsələn, Salur Qazan və onun oğlu Uruz, Alp Aruz və onun oğlu Basat, Baybura və onun oğlu Bamsı Beyrək, Bəkil və onun oğlu İmran, Dirsə xan və onun Buğac və s. Maraqlı və həm də səciyyəvidir ki, bu ata-oğul münasibətləri həm də qəhrəmanlıq münasibətləridir. Atalar oğuz elinin adlı-sanlı xanları, bəyləri olduğu kimi, onların övladları da ataların yolu ilə gedib, atalarına və oğuz elinə layiq olduqlarını sübut edirlər.

Dastanda diqqəti cəlb edən əsas cəhətlərdən biri odur ki, ata-oğul münasibətləri qəhrə­man­lıq silsiləsi kimi birtərəfli təqdim olunmur. Dastanda atanın qəhrəmanlığı uca tutulduğu kimi, oğu­lun da ataya və oğuz elinə sədaqəti eyni səviyyədə təqdim olunur. Dastanın ikinci boyunda düşmənə əsir düşən Uruzu xatırlamaq kifayətdir. Kafirlər Salur Qazanın namusunu ləkələmək üçün onun arvadı Burla xatunu məclisə gətirib, şərab paylatdırmaq və başqa namusa, əxlaqa sığ­mayan hərəkətlər etmək istəyirlər. Lakin onlar 40 qızın içərisində Burla xatunu tanıya bilmirlər. Şöklü Məlik əmr edir ki, Uruzun ətindən kabab çəkib qızlara yedirtsinlər. Hər kim yeməsə, Burla xatun odur. Çünki bir ana öz oğlunun ətindən yeməz. Burla xatin tərəddüd edir: bir tərəfdə ərinin namusu, o biri tərəfdə oğlunun canı. Oğluna deyir: “Kafirlәr fikirlәrini dәyi­şiblәr; deyiblәr ki, Qazan oğlu Uruzu һəbsdәn çıxarıb, ərkәnlә boğazından asın. İki kürәyindәn çәngәlә sancın, qıymaqıyma ağ әtindәn çәkin. Qara qovurma edib, qırx bәy qızına aparın. Hәr kim yedi, o deyil, һәr kim yemәdi, o Qazanın xatunudur; çәkin-gәtirin, döşәyimizә salaq, şәrab paylatdıraq! «Sənin әtindәn, ay oğul, yeyimmi? Yoxsa iyrәnc dinli kafirin döşәyinə girimmi? Ağan Qazanın namusunu tapdayımmı? Neylәyim, ay oğul?!» — dedi (5, 145).

Lakin Uruz öz ölümünə razı olur ki, atasının namusu ləkələnməsin: Uruz dedi: «Ağzın qu­rusun, ana! Dilin çürüsün, ana! «Ana һaqqı — tanrı һaqqı» deyilmәsәydi, qalxıb yerimdən du­rar­dım, yaxandan-boğazından tutardım. Qaba dizimin altına salardım. Ağ üzünü qara yerə çır­par­dım. Ağzından-üzundәn qan şoruldayardı. Can şirinliyini sәnә göstәrәrdim. Bu nә sözdür? Saqın, xanım ana! Mәnim üzәrimә gәlməyәsən! Mәnim üçün ağlamayasan! Qoy mәni, xanım ana, çәnkәlә sancsınlar! Qoy әtimdәn çәksinlәr, qara qovurma edib, qırx bәy qızının önünә aparsınlar. Onlar bir yeyәndә, sәn iki dәfә ye! Kafirlәr duymasınlar, sәni tanımasınlar. Tәki murdar dinli kafirin döşәyinә düşmәyәsәn. Onlara şәrab paylayıb, atam Qazanın namusunu sındırmayasan. Saqın!» (5, 145).




Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin