Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə34/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   30   31   32   33   34   35   36   37   ...   188
7. Qəhrəman dost kimi.

Ümumiyyətlə, dostluq, yoldaşlıq, dosta-yoldaşa sədaqət oğuz igidlərini fərqləndirən ən ümdə keyfiyyətdir. Dastanda bütün oğuz igidləri sədaqətli, çörək itirməyən qəhrəmanlar kimi təqdim olunurlar. Lakin dastanda bəzən bu sədaqət, dostluq sınağa çəkilir. Məsələn, dastanın sonuncu boyunda Daş Oğuzun başçısı, Alp Aruz Salur Qazandan narazı qalır və ona asi olur. O, Beyrəyə onların tərəfinə keçməyi təklif edir. Lakin Beyrək sədaqətli dost kimi öz ölümünə razı olur, ancaq Qazana xəyanət etmir. O, Aruza belə deyir:

Mən Qazanın nemәtini çox yemişəm,

bilmәzsәm, gözumü tutsun!

Qaracıqda Qazlıq atına çox minmişәm,

bilmәzsәm, tabutum olsun!

Yaxşı qaftanlarını çox geymişәm,

bilmәzsәm, kәfәnim olsun!

Böyük, geniş oqağına çox girmişəm,

bilmәzsәm, zindanım olsun!

Mәn Qazana dönük çıxmaram, qәti bilin! (5, 222)

Oğuz elinin adlı-sanlı qəhrəmanlarından olan Beyrəyin bu sözləri oğuz qəhrəmanlarının mənəvyyatının parlaq ifadəsidir.




Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin