Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə43/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   39   40   41   42   43   44   45   46   ...   188
Təbiət və cəmiyyət problemi. Xalqın ən ibtidai kollektiv, fantastik, kortəbii «icadı» olan miflərdə gerçəklik canlandırılmış (ən adi əşyalar, cisimlər belə) və şəxsləndirilmiş obrazlar şək­lində əks olunur, insan ağlına gələn nə varsa, hamısı həssaslıqla ümumiləşdirilib, adi halından çıxarılır, fövqəltəbii məxluqlara, varlıqlara çevrilir və bunlar ilkin inanışlarda reallıq kimi başa düşülür. Bu mənada mif mənəvi mədəniyyətin başlanğıc forması, xalq fantaziyasının özülü olmaqla yanaşı, ulu əcdadın təbii fəlakətlərə, qəzalara, xəstəliklərə qarşı qorxu hisslərinə üstün gəlmək va­si­təsi idi. Başqa sözlə, toplum halında yaşayan qədim insanlar kortəbii şəkildə tə­fək­kürdə yaranan məcazi obrazlarla təbiətə təsir göstərməyin yollarını axtarmış və nəticədə onunla təskinlik tapmışlar ki, sel də, sərt külək də, qızmar günəş də onlar kimi canlıdır, qeyri-adi gücə malikdir, istədiklərini onlara ödəməklə (qurbanlarla) təhlükələri sovuşdurmaq olar. Deməli, mifik düşüncənin məntiqi özünəməxsusluğu ondadır ki, ibtidai insanlar onları əhatə edən sosial mühitdən (xüsusilə təbiətdən) öz­lə­rini təcrid etmirdilər, miflərdə dolayı yolla da olsa, varlığın bir-birinə bağlanan və hissələrə parçalanan əlamətlərini görə bilirdilər. Dünyada baş verən hadisələrin sadəcə təsvirinə deyil, şərhini, mahiyyətini, məğzini anlamağa təşəbbüs göstərirdilər. Bütün bunların nəticəsi olaraq, gözlə görünən və duyulan hər şeyi şəxsləndirir, özlə­rin­də müşahidə etdikləri əlamətlərlə təqdim edir, daha dəqiq desək, təbii, sosial və mə­dəni obyektləri metaforik müqayisədə verirdilər (insanlar hər şeyi, ilk növbədə, öz­ləri ilə müqayisə edirdilər, cansız əşyalarda, bitkilərdə, heyvanlarda, quşlarda, dağlarda, çaylarda, göllərdə, təbiətin əsrarən­giz hadisələrində özlərində olan keyfiy­yət­lər tapır, bununla dünyanı dərk etməklə yanaşı, özlərini daha yaxşı tanıyırdılar). Ona görə də, mifik təfəkkürdə insanlara xas xüsusiyyətlər təbiət hadisə­ləri, cansız var­lıqlar, heyvanlar, quşlar və bitkilərin üzərinə köçürülür, hər şey düşünmək qabi­liy­­yətinə, hissiyata malik təsvir olunur və zahirən antropomorfik şəkil alırdı. Mövcu­datın animistik (ruhun varlığı) modeli yaradılırdı. Bəzən isə, əksinə, təbiət qüvvə­lərinə, xüsusilə heyvanlara, quşlara məxsus əlamətlər (daha çox totem kimi qəbul edi­lən heyvan, quş və bitkilərin əlamətləri) mifik mədəni qəhrəmanlara (nəsil törə­də­nə) şamil edilirdi.

Qeyri-adi təsvirlər, qəribəliklər, möcüzələr, dəyişmələr, metamorfozalar (dö­nər­gələr), dün­yanın müxtəlif obyektlərinin, elementlərinin canlandırılmış və şüura ma­lik obrazlara çevrilməsi və s. mifik fantaziyanın istehsal etdiyi məhsullardır, son­ra­lar poetik vasitəyə çevril­miş, bədii epik ənənənin yaranmasına və inkişafına güc­lü tə­kan vermişdir. Təbiətin fəlakətli hadisələri mü­qabilində təfəkkürdə kortəbii yara­nan bəzi mifik obrazlar (müəyyən qorxunc qüvvələr) trans­formasiya nəticəsində za­hi­ri əlamətlərinə görə vəhşi, dəhşətli məxluq şəklinə (çoxbaşlı, çoxəlli, təkgözlü, ağ­zın­dan od püskürən, adamcıl, baş kəsən, qan içən) düşmüşdür. Belə ki, qıtlığa səbəb olan quraqlıq – əjdaha; ölüm gətirən xəstəlik – nəhəng dev; bütöv kainat – dünya ağacı, başı dairəvi çadır, heyvana oxşar azman (məsələn, Şərq təqvimlərində kainatın bir hissəsi olan Yerin müxtəlif heyvanlar üstündə mövcudluğuna və həmin heyvan­la­rın müəyyən ardıcıl­lıq­la hər il bir-birini əvəz etmələrinə inam vardır) kimi təsəvvür edilmişdir; nəslin başlanğıcında du­ran ilk insan (əcdad) isə çox vaxt ikili təbiətə malik – zoomorfik və antropo­mor­fik formada modelləşdiril­miş­dir. Bu model­lər müəyyən şərtlərlə birləşdirilərək mif sistemlərini yaratmışdır. Təbiidir ki, mif­lər­də ruhlar, allahlar, eləcə də onların törətdikləri təbiət hadisələri (ildırım çaxmasından yağış yağır, yağışdan sonra otlar cücərir və s.) və qəhrəmanlar həmişə bir-biri ilə əlaqələndirilir, oxşar məkan və zamana, yaxud başlanğıc törəmə, başvermə səbəbinin eyniliyinə görə bir-biri ilə qo­hum­­laşdırılırdılar. Bu, dünyadakı varlıqların xaosdan sonra eyni ünsürlərdən (od, su, hava, tor­paq) yaranma­sına olan inamdan irəli gəlir.

Mifologiya ilkin dünyagörüşü sistemi kimi hər bir etnosun tarixinin və mədə­niy­yətinin ən qədim mərhələsidir. Etnoqrafiyanın və folklorşünaslığın əsas tədqiq obyekt­lərindən biridir. Mey­da­­na gəldiyi dövrün həddindən artıq uzaqlığına və qeyri-müəyyənliyinə görə sistemləşdi­ri­lən­də ayrı-ayrı dil ailələrinin, super etnosların kö­kün­də dayanan qeyri-adi düşüncə tərzi və yara­dıcılıq hadisəsi sayılır. Bəşəriyyətin mə­nəvi mədəniyyəti içərisində ikinci təfəkkür və kortəbii yara­dı­cılıq hadisəsinə rast gəl­mək olmaz ki, miflər qədər müxtəlif, bir-birinə zidd fikirlərlə izah edilsin. Tədqi­qatçıların bir qrupu mifləri dinlə eyniləşdirməyə çalışmış, digərləri bunun qəti əleyhi­nə çıxmışlar. Bəziləri mifləri əfsanələrlə, rəvayətlərlə, nağıllarla qarışdırmış, başqala­rı isə folklor­dan tamamilə təcrid edilmiş halda xüsusi fəlsəfi kateqoriya kimi təqdim etməyi məqbul saymış­lar. Elə tədqiqatçılar tapılmışdır ki, mifləri – xalqın mənəvi dəyərləri içərisində mürtəce mahiy­yət­li artıq yük hesab etmişdir. Əksinə düşünənlər də (mədəniyyətin ən mütərəqqi faktı kimi) meydana çıxmışdır. Bəs əsil həqiqətdə mif nədir? Onun bəşər təfəkkürünün inkişafında rolu nədən ibarətdir, din, tarix, etnoqrafiya, dil və folklorla (bədii yaradıcılıqla) hansı tellərlə bağlı­dır? – suallarına cavab axtararkən ilkin olaraq S.A.Tokarevin İ.M.Dyakonova əsaslanaraq yazdı­ğı fikirlər yada düşür: «Mif – dünyanın və insanların yaranması, eləcə də allahlar və qəhrə­man­lar haqqında antik, bibliyadan gələn və başqa qədim, poetik, həm də qəribə əhvalatlardır» (9, 281). E.M.Meletinskinin qənaətinə görə də mif allahlara, ruhlara, ilahiləşən, ya da mənşəyi ilə allahlara bağlanan qəhrəmanlara, zamanın başlanğıcında dünyanın özünün, eləcə də təbiət və mədəniyyət elementlərinin yaranmasında birbaşa, ya da dolayı yolla iştirak edən, nəsil, tayfa törədən ilk insanlara aid əhvalatlar kimi anlaşılır (6, 353).

Romantiklərdə sərsəmliyə müraciət mifin yenidən dirçəldilməsi idi. Çünki mifin əsas məq­sə­di nəsihətçilik deyil, gerçəkliyin semantik cəhətdən zəngin, enerjili, nümunəvi obrazlarına romantiklərin qəbul etdikləri plastik duyğunu yaratmaqdır. Sərsəmlik obrazı mədəniyyət tarixin­də estetik və konseptual cəhətdən təsdiqini tapmış şəkildə, arxetipik özül elemetləri ilə cilala­na­raq təqdim olunurdu və mənəvi aləmin özünəməxsus modelini formalaşdırırdı. Ədəbiyyatın Ham­­­let, Don Kixot, Pantaqurel, Faust kimi mifikləşdirilmiş füqurlarına roman­tiklərin marağı təsadüfi deyildi. Bu, müəyyən anlamda mədəniyyət tarixində analoji məqamları axtarmaqla hə­yat həqiqətlərinin romantik estetik modusunu şəxsləndirmək təşəbbüsü idi. Bir məsələdə diqqət çəkəndir ki, sərsəmlik xəstəlik əlaməti olaraq təqdim edilmir, dini-mis­tik mənbələrdəki kontekstə uyğun mifoloji məxluq kimi yaradılır. Romantik “sərsəm” mifi ağlın təntənəsinin təkzibini, şüurun əks səmtə yönələn təcrübəsini təcəssüm etdirir. Onu daha yaxşı anlatmaq üçün yaradı­cı­lı­ğın qoruyucusu – romantik “dahi” fiqurunu “sərsəm”lə qarşılaşdırırlar. Bu, mifolo­giya­da tale və insan şəxsiy­yə­tini və hansısa qeyri-müəyyən, formalaşmamış, adlandırılması mümkün olma­yan, ani baş verən, qorxunc ilahi gücü ifadə edir. Şübhəsiz, romantiklər “dahi”ni biçimsiz, fəla­­kət yayan qüvvə şəklində simvollaşdırmazdılar. Psixologizm ənənəsinə əsasən, xeyir-şər, qaran­lıq-işıq, pis-yaxşı münasibətləri çox-çox əvvəllər meydana gəlmiş, onların fəaliyyəti ilə daha da çiçəklənmişdir (məsələn, Hote də “Faust” əsərində qara duyğulardan danışırdı). Çünki kollektiv şüursuzluqda yaranan mif sonsuz axınla arzu, istək, yuxu və digər təfəkkür formaları vasitəsi ilə nəsildən nəsilə ötürülmüşdür. F.Şellinq romantiklərin mifyaratması barədə yazırdı: “Hər bir şair dünyanın gözü önündə açılan bir hissəsini tama çevirməyə və onun materialından öz mifo­logiyasını yaratmağa meyllidir. Axı, dünya hələ qurulmaq üzrədir, bu səbəbdən də müasir şair üçün dövr bu dünyanın bir hissəsini göstərməyə qadirdir” (11, 78).

Romantiklərin yaratdıqları mifoloji “Sərsəm” – “Dahi” obrazlarına ədəbi mətnlərdə ikili münasibət mövcuddur: bu obrazların mənbələrdəki funksiyalarına 1) “passiv” və 2) “aktiv” yanaşılır. İkinci halda metafora inkişaf etdirilir, obrazın fəaliyyət dairəsi xeyli genişləndirlir, o özü hadisələri törətmə gücünə malik olur, mifoloji, simvolik “oyuna” başlayır, təhtəlşüurdan idraka arxetipik yol açır. O bütün sahələrə: məişət, davranış, incəsənət, eşq, elm və əxlaqa refleksiya şəklində təzahür edir. “Sərsəm” uyğun olaraq gerçəkliklə tutuşdurulduqda romantizmə şübhə yaradır.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin