Filologiya üzrə elmlər doktoru, professor
AMEA Folklor İnstitutunun
“Müasir folklor” şöbəsinin müdiri
e-mail: fuzuli_bayat@ gmail.com
MÜASİR FOLKLORUN BƏZİ MƏSƏLƏLƏRİ
Xülasə
Bu məqalədə XXI əsrdə dəyişən folklor anlayışı, unudulan folklor nümunələri, tələb və təklif nəticəsində az icra edilən və ya edilməyən klassik folklor janrlarından, yeni yaranan materiallardan söz açılmış, bir sözlə ölən folklordan deyil, dəyişən, yeni forma alan folklordan bəhs edilmişdir. Folklorun yarandığı ilk gündən mövcud siyasi-ideoloji üstquruma xidmət etməsinin, həmçinin onun sosial-mədəni funksiyasının müasir folklor anlayışını yaradan əsas amillər olduğu vurğulanmışdır. Azərbaycan folklor elminin dünya səviyyəsindən geri qalmasının səbəbləri üzərində durulmuş, sürətlə kürəsəlləşən (qloballaşan) dünyanın yeni nəzəriyyələr yaradan Avropa və Amerika folklor qurumlarının təsiri altında qaldığı məsələsinə də toxunulmuşdur. Postfolklor çağının XX əsrin sonlarından başladığı məsələsi üzərində də durulmuşdur.
Məqalədə müasir folklorun sərhədləri çəkilməklə yeni mövzular (ailə folkloru, qadın folkloru, şəhər folkloru, köç folkloru, dini folklor, sözlü tarix və s.) müəyyənləşdirilmiş, onların araşdırılmasının vacib olduğu bildirilmişdir. Yeni janr adı altında köhnə janrın modifikasiyası, dəyərlərin dəyişməsi, forma və məzmun yenilikləri nəzərdə tutulmuşdur.
Açar sözlər: yeni janrlar, icra olunmayan folklor nümunələri, siyasi-ideoloji üstqurum
Dostları ilə paylaş: |