Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə61/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   57   58   59   60   61   62   63   64   ...   188
1. Dastanın qısa məzmunu

Dastanın Çoltoşdan qeydə alınmış varinatında deyilir ki, bir gün Altay Buçıy 7 günlüyə ova gedir. Gedərkən evdə qalan arvadı və bacısı qarşısında şərt qoyur: “Yeddi gün ovda olacağam, Altay dağlarının zirvələrini gəzəcəyəm. Qara tayqıl­larımı (itlərimi – S.R.) açmayın, iki qara qartalımı havaya buraxmayın!” (2, 9).

O, evdən çıxan kimi bacısı Ermen-Çeçen onun qoyduğu yasaqları pozur. O, ördəklər vasitəsi ilə onların yurdundan bir qədər aşağıda yaşayan Aranay və Şaranay qardaşlarına xəbər yollayır: “Arvad ərsiz, sürü sahibsiz, camaat xansız qalıb. Aranay və Şaranay, gəlin!” (2, 11).

Aranay və Şaranay atalarla məsləhət edirlər. Onların ataları Altan ilə Şaltan bildirirlər ki, “Altay Buçıyın bacısı Ermen-Çeçen ilə arvadı sizi aldadırlar. Altay Bu­çıy ölə bilməz: Hər şeydən uca Kuday onu yaradıb, ölümünü də bildirməyib” (2, 12).

Qardaşlar ataların məsləhətinə qulaq asmayıb, Altay Buçıyın evinə gəlirlər. Qəhrəmanın bacısı və arvadı onları dadlı yeməklərə qonaq edirlər. Lakin Aranay və Şaranay Altay Buçıyın ölməyib qayıdacağından qorxurlar. Bu halda qəhrəmanın arvadı və bacısı təklif edirlər ki, əgər o qayıtsa, onu birlikdə öldürərik.

Yeddi gündən sonra Altay Buçıy qayıdır. Bacısı və arvadı onu dadlı yeməklərə qonaq edirlər. Altay Buçıy görür ki, arvadı oğlan doğub. Qərara gəlir ki, yeddi aylığa ova gedib, oğluna ov qəniməti gətirsin.

Ov zamanı Altay Buçıyın atı onun bacısı və arvadının xəyanətindən xəbər tutur və qəhrəmanı xəbərdar edir ki, evə döndükdə arvadının hazırladığı zəhərli araqdan içməsin.

Lakin arvadı Altay Buçıyı aldadıb içirdir. Aranay və Şaranay gəlirlər. Onlar qəhrəmanı onun öz qılıncı ilə ikiyə bölürlər.

Daha sonra ana öz körpə oğlunun ayaqlarını kəsir. Arvad Altay Buçıyın əlinin iki barmağını bir ata, uşağının ayqlarını o biri ata yükləyir. Aranay və Şaranay Altay Buçıyın yurdunu dağıdıb, camaatını da götürüb öz obalarına yola düşürlər.

Yolda qəhrəmanın atı Temiçi-Eren özünü ölülüyə vurur, onu qoyub gedirlər. Altay Buçıyın qoşa qartalları onun oğlunun ayaqlarını, qara itləri isə qəhrəmanın özünün baş barmaqlarını qardaşlardan oğurlayırlar.

Temiçi-Eren at Ağ tayqanın sahibi (ruhu) Ağ Emegen ananın yanına gəlib, on­dan Altay Buçıyı diriltməsini istəyir. Ağ Emegen ana Temiçi-Ereni minib göyə qalxır.

Göydə Tenqri xanın (Tenere kaanın) qızı Altın Taci, Gün xanın qızı Kümüş Tacı və Ak Burxanın qızı Ak Taci Temiçi-Eren atın qaçışına heyran olurlar. Onlar atı minib gəzmək istəyirlər. Temiçi-Eren at əvvəl Altın Tacini, sonra isə Kümüş Tacını gəzdirir. Növbə Ak Taciyə çatanda onu götürüb, Altay Buçıyın sümüklərinin yanına gətirir.

Ak Taci Altay Buçıyı dirildir. Altay Buçıy da oğlunun ayaqlarına dərman qoyub, onu sağaldır. Öz atı Temiçi-Ereni oğluna bağışlayır. Temiçi-Eren isə bu müddətdə göyə – Üç-Kurbustan tanrının yanına qalxmış, onun yanında yenidən doğulmuşdu.

Altay Buçıy başqa atına minib, Aranayla Şaranayın obasına gəlir. Onları və xəyanət etmiş arvadı ilə bacısını öldürür. İlxısını, camaatını xilas edir.

Altay Buçıyın oğlu Erke Möndür yeni anası Ak Tacidən evlənməsi ilə bağlı məsləhət istəyir. Ak Taci deyir ki, yerlə göyün birləşdiyi yerdə Altın xanın yurdu var: “Artıq yeddi ildir, sən ora getməli, Altın xanın qızı Altın Çaçakı almalıydın” (2, 28).

Erke-Möndür Temiçi-Eren ata minir, çoxlu qəhrəmanlıqlar göstərib, Altın Çaçakla evlənir. Onlar öz yurdlarına dönüb, şad-xürrəm yaşayırlar.

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin