Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə63/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   59   60   61   62   63   64   65   66   ...   188
2.1. “Ev/Yurdun yağmalanması” motifi

– Süjetin kosmoloji məkan-zaman xronotopunu Ev/Yurd təşkil edir. Ev/Yurd kosmosu təcəssüm etdirir.

– Ev/Yurdun Aranay və Şaranay tərəfindən yağmalanması ilə Kosmos Xaosa keçir.

– Xaos ölümü simvolizə edir. Ev/Yurdu yağmalanmış Altay Buçıy da öldürülür.

Ritual-mifoloji sxemə görə, ölmüş qəhrəman Yer Ana tərəfindən yenidən dirildilməlidir. Dastanda Yer Ananı Ak Emegen (ana) və Ak Burxanın qızı Ak Taci (ana) təmsil edirlər.

– Ak Emegen – Altay sıra dağlarının, yəni Ağ Tayqanın sahibi, dağ ruhu, Altay Buçıyın totem anasıdır. O, qəhəmanın yenidən doğulmasının yolunu və vasitələrini Temiçi-Eren ata öyrədir.

– Ak Burxanın qızı Ak Taci Altay Buçıyı dirildərək, ona ərə gedir. Lakin o, eyni zamanda, Altay Buçıyın ölümdən xilas olaraq, yenidən dirilmiş oğlunun yeni anasıdır.

– Ölüb-dirilmə/inisiasiya ritualından keçərək, yeni qəhrəmanlara çevrilmiş ata və oğul Ev/Yurdu xilas edərək kosmosu yenidən bərpa edirlər.

Beləliklə, bütün dastanlarda olduğu kimi, süjetin kosmoloji strukturu Kosmos-Xaos-Kosmos sxüminə əsaslanır: kosmoloji strukturun məkan-zaman simvolu Ev/Yurddur. Evin varlığı – kosmoloji harmoniyanı, onun yağmalanması – Xaosu, Ev/Yurdun xilas edilməsi isə – Kosmosun yenidən bərpasını simvollaşdırır. Heç təsadüfi deyildir ki, “Kitabi-Dədə Qorqud” destanında da boylar bəylərin evlərdə qurduğu məclislərin təsviri ilə başlanır. Ev, onu təşkil edən elementlər və qonaqlıq məclisləri kosmoloji durumu simvolizə edir. “Altay Buçıy” dastanı da Altay Buçıyın Kosmosu simvollaşdıran evini təşkil edən elementlərin təsviri ilə başlanır.




Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin