Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə79/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   75   76   77   78   79   80   81   82   ...   188
Oğuz eposunun əlaqələri. Kamil Vəli oğuz eposunu ümumtürk eposunun tərkib hissəsi kimi götürür. “Qazax türkləri arasında “Qorqudun küyləri” (nəğmələri) bugünəcən dolaşırsa, türkmən türkcəsi Dədə Qorqudun məğzini ifadə edən deyimlərlə, dil üslub özəllikləri ilə zəngindirsə, Sibir türklərində şaman-qam Dədə Qorqudun adı keçirsə, kiçik Asiya-Türkiyə ərazisində yüzlərlə Dədə Qorqud motivlərini, süjetlərini əks etdirən folklor örnəkləri yaşayırsa, özbək, qırğız, tatar dastanları Dədə Qorqud ruhunu birbaşa və dolayı şəkildə saxlayırsa, bu böyük abidəni məhdud coğrafiyada anlamağa heç bir elmi əsas tapmaq olmaz. Çünki KDQ-nin dilcə, coğrafiyaca ağırlığı onun ümumtürk, ümumoğuz sanbalını inkar etmir, əksinə təsdiq edir” (13, 70). Oğuz eposu bütün kökləri və rişələri ilə birlikdə ümumtürk eposundan qaynaqlanır və onunla əlaqəsini heç bir səviyyədə kəsmir. Altaydan başlanan Alp Manaş süjeti qıpçak eposundan Alp Manas, özbək eposundan Alpamış, oğuz eposundan Alp Bamsı olaraq keçir, şərq türkləri ilə qərb türklərini, Sibirlə Orta Asiyanı, Qafqazla Anadolunu birləşdirir.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin