Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
Sərxan XAVƏRİ
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Rəyasət Heyəti
e-mail: rhkatiblik@rambler.ru
FOLKLORUN FUNKSİONAL STRUKTURU
MƏDƏNİ FUNKSİONALLIQ KONTEKSTİNDƏ
Xülasə
Folklor tarixi-diaxron aspektdən öz inkişafının bütün mərhələlərində geniş mənada bəşəriyyətin fəaliyyət metasistemi kimi götürülən mədəniyyətin universal inkişaf qanunauyğunluğu əsasında funksionallaşmışdır. Bu mənada sosioloji aspektdən mədəniyyətin funksiyaları ilə folklorun funksional strukturu arasında dərin bir qarşılıqlı əlaqə və şərtləndirmə mövcuddur. Məqalədə kulturoloji olaraq elmdə normativləşmiş mədəniyyətin əsas funksiyaları aspektindən folklorun funksional strukturu araşdırılır. Məqalədə nəzəri-metodoloji yanaşma konteksti olaraq Malinovskinin funksionalizm nəzəriyyəsinin nəzəri postulatlarından istifadə edilmişdir.
Açar sözlər: folklor, funksiya, struktur, mədəniyyətin funksiyaları, folklorun funksional strukturu
Dostları ilə paylaş: |