Nigar HƏSƏNOVA
filologiya üzrə fəlsəfə doktoru
ETNOQRAFİK MƏTNLƏR
Yer, yurd adları və nəsillər. Xatirələr
I mətn
Təbii proseslərə nəzər salanda buranın tarixi min illərə vurur. Mənin hindi 60 yaşı var, mənin uşax vaxı çayın yanında düz variydi. Çay hövzəsinnən 15 metr aşaaı tüşübdü mənim gözərimin qarşısında.
Sarıxlıbaşlıların üsyanı olubdu – türk tayfalarının. Mənbələrdə 6-7 yerdə Sarıbaş kənti var. Türkiyədə var, Pamir dağlarının ətəyində, Orta Əski Krayda var – hamı yerdə var. Güyə ordan köçüf gələnnərdi. Ama istinad eliyəsi tarixi mənbə yoxdu ki, həqiqətən də bu səbəbə görə Sarıbaşdı.
Bizin adamlar maldarlıqla, əkinçilıxla məşqul oluplar. Hu yellərdə – dağın döşündə çovdar əkiblər.
Qaxın o biri kəntdəri soora məktəb görüblər, baxmayaraq ki, biz dağda yaşamışıq. 1949-cu ildə bizdə su elektrik stansiyası olupdu – nə Qaxda olmuyupdu, nə İlisuda olmuyupdu. O turbaları nətəər gətiriblər, görsəz deyərsiz, nağıllardakı kimi.
Dostları ilə paylaş: |