Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi DÜZGÜ Hibilboz Hibilboz, hibilboz
Biri kal, biri boz.
Mindim bozun boynuna
Getdim Urum yoluna.
Urum yolu dərbədər
İçində maymun gezər.
Maymuncuğu hürkütdüm,
Qulaqcığı qirkitdim.
Dağda gezən qocanın
Vurdum qolunu sındırdım.
Qolu qazanda qaynadı,
Uşax quçaxda öynadı.
Uşaxı yerə vurdum,
Yer mağa darı verdi.
Darını quşa verdim,
Quş mağa qanat verdi.
Qənətdəndim uşmağa,
Cennət qapısın açmağa
Asiyət nənə. İlisu kəndi, Tovla tala məhləsi ( Söyləyici vəfat edib). İNANCLAR
I mətn
Bizin camahat maldarlıxnan məşğul olupdu. Arannan çobannar geliydi. Apreldə. Qonşulara nubar kimik ağartı veriliydi. Qabın içinə olan yumurta qoyudu. Olman duz atıydı.
II mətn
Uşax olanda suyə gitmağ olmaz. Güyə su qabın içində hal geliy. Zahının ciyərini çıxarmağa. Görən adamlar olup. Suya çatanda "kafir, sal" qoymupdu. Ciyərrərini suya çatdırsa, həmən qadın ölüy. Hal anasının helə bil qulaxları çekilipdi, içəri batıpdı də.