Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə168/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   164   165   166   167   168   169   170   171   ...   188
Davamı gələn sayımızda
Noqaycadan tərcümə edəni Qumru Şəhriyar

Rəylər



SEYFƏDDİN RZASOY: ŞƏXSİYYƏT VƏ ALİM

HAQQINDA ESSE-RESENZİYA
Bismillahir-Rəhmanir-Rəhim
Giriş-ricət
Qarşımdakı kitab haqqında resenziya yazmaq istəyirəm. Bu “istək” bir ildir hər gün mənə “qonaq” gəlir və hər gün də tərk edir. Ya mən dürüst deyiləm, ya da ki, qonağım.

Yox... Bu, o qonaqlardan deyil: əslində, məlum oldu ki, nə mən qonağı tərk edirəm, nə də qonaq məni. Nəhayət...

Nəhayət ki, Şərəfli Ramazanın son günü L.N.Tolstoyun xristianlıq haqqındakı möhtəşəm məqaləsini oxuduqdan sonra “qonağı” qəlb evinə dəvət etdim:

“Buyur dedim, səninləyəm. Bir ildir, aşağıdan-yuxarıdan, sağdan-soldan səni izləyirəm. Hər gün bir neçə saat sənə qulaq asır, səni oxuyuram. Gah hiddətlənir, gah da xəfif-xəfif gülümsəyirəm. Hiddətlənirəm ki, niyə bu qədər gecikmisən? Gülüm­sə­yirəm ki, bu qarma-qarışıqlıqda, bu it-batda, istedadların “qarışdığı”, imzaların itdiyi zamanda sən ərsəyə gəlmisənsə, əhsən sənə!”

Mən dağətəyi bir kənddə böyümüşəm. Enişi-yoxuşu, xırda meşəsi olan bu kənd həmişə öz sakit ritmi ilə yaşayırdı. Ancaq birdən eşidirdin ki, bu kiçik kəndin övlad­la­rının sorağı dünyanın ən böyük universitetlərindən gəlir. Burada bir oxumaq ənə­nəsi mövcud idi. Özü də nəyi oxumaq? Çox oxumaqdansa faydalını oxumaq.

Folklorşünaslığa aid olan sanballı əsərlərin, demək olar ki, əksəriyyətini oxu­mu­şam.Yerli alimlərdən tutmuş ta dünyanın ən populyar alimlərinədək. Çoxlu nəzə­riyyələr, konsepsiyalar zamanla biri digərini əvəzləyərək tarixin mənalı səhifə­lərinə yükləniblər. Lakin heç bir bəzək ədəb qədər gözəl deyildir. Və biz həmişə öz içi­miz­dən boy verən pöhrələrə biganə qalmışıq. Kənarda axtarmışıq içərimizdə olanları. Bir aqilin dediyi bu aforizm mənim çox xoşuma gəlmişdi: “Əgər evdə ideal varsa, kənarda ideal axtarmaq səfehlikdir”.

Artıq neçə illərdir bir çox xarici ölkələrdə elmi simpoziumlarda məruzə ilə çı­xış edirəm. Həmişə tanınmış elm adamlarını dinlədikcə qeyri-adi nəsə axta­rırdım. Və... həmişə də görürdüm ki, dinlədiyim məruzələrin daha dolğun variantlarını artıq eşit­­mişəm. Bu hal məni rahat buraxmırdı. Sən demə, hər gün ünsiyyətdə oldu­ğum dostlarım bu “məşhurların” bəzəkli-düəzkli bildirilərini gündəlik söhbətlərdə “sözün gö­zünə” qatıb incələyirmişlər.

Elmin inkişafında həmişə şəxsiyyətlərin rolu böyük olmuşdur. Alim bir nöq­tə­dən dünyanın müxtəlif qütblərini nurlandıran spektrdir. Elmin, idrakın sər­hədləri ol­mur, hüdudsuzdur. Məhz alimlər, elm adamları müxtəlif sivilizasi­ya­lar ara­sın­da kör­pü missiyasını həyata keçirmiş, uzaq qütbləri birləşdirməyə nail ol­muşlar.





Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin