Çapa tövsiyə edən: AMEA-nın həqiqi üzvü Muxtar İmanov
Kamil HÜSEYNOĞLU
Filologiya üzrə elmlər doktoru, professor
AMEA Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
e-mail: kamilhuseynoglu@mail.ru
AZƏRBAYCANLILARDA VƏ FARSLARDA
NOVRUZ ƏNƏNƏLƏRİNİN FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
Xülasə
Novruz bayramının mənşəyi qədim dövrlərdə əkinçilik təqviminin yaranması ilə bağlı olmuşdur. Bizim e.ə. VI əsrdə Zərdüştilik dininin ortaya çıxmasından sonra isə Novruz əkinçilik ritualından bu dinin əsas bayramına çevrildi və Günəş və od kultu ilə əlaqələndirildi.
Novruz ənənələri, yəni baharda gecə-gündüz bərabərliyi zamanı baş verən yeni astronomik il təqvimi bu gün də Orta Asiyanın və Yaxın Şərqin bir çox xalqlarını bir-birinə bağlayır. Bununla belə, bir sıra Novruz ənənələri müxtəlif ölkələrdə və əyalətlərdə bir-birindən fərqli variantlara malikdirlər. Bu məqalədə bu qədim bayramın azərbaycanlılarla farslar arasındakı fərqli tarixi və xüsusiyyətləri nəzərdən keçirilir.
Açar sözlər: Novruz, Zərdüştilik, Avesta, Novruz ənənələri, Novruz və islam
Dostları ilə paylaş: |