Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə60/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   56   57   58   59   60   61   62   63   ...   188
Məsələnin qoyuluşu: Altay dastanları mifoloji görüşlərlə sıx bağlıdır. Onlarda, demək olar ki, hər bir element ritual-mifoloji semantika daşıyır. Bu cəhətdən Ev/Yurd obrazı da mifoloji təsəvvürlər sistemində dünyanın mərkəzi rolunu oynayır və hər bir dastanın məkan-zaman kontinuumunun əsas elementini təşkil edir. Deyilənləri məşhur Altay eposu “Altay Buuçay” dastanında da müşahidə etmək mümkündür.

İşin məqsədi: Tədqaqatın aparılmasında əsas məqsəd “Altay Buuçay” dasta­nı­nın ritual-mifoloji strukturunu araşdırmaqdır.
Altay eposunun məşhur toplayıcı və bilicilərindən olan Sazon Saymoviç Su­ra­zakov yazır ki, pəhləvan Altay Buuçay haqqında qəhrəmanlıq hekayətləri istisna­sız ola­raq bütün Altay tayfalarında qeydə alınmışdır. Elə bir söyləyici yoxdur ki, bu das­tanı ifa etməsin, yaxud onun məzmununu bilməsin. Bu dastan ən sevilən əsər­lərdən biri­dir (1, 120).

S.S.Surazakov onu da qeyd edir ki, “Altay-Buuçay” dastanının bütün qeydə alın­mış variantları süjetlərinə, motivlərinə, personajların adlarına və obrazların təf­sirlərinə görə oxşardır (1, 125).

Biz burada dastanın söyləyici Çoltoşdan qeydə alınmış və “Altay Byçıy” adlanan variantından istifadə etmişik (2, 9-35).

“Altay-Buuçay” dastanı ovçu-qəhrəmanın başına gələn macəralardan bəhs edir. Qəhrəman öz bacısı və arvadının xəyanəti nəticəsində hər şeyini itirir, lakin məğlub olmayaraq, sonda qələbə çalır və yenidən öz evinə sahib olur.

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin