Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


“Ölüb-dirilmə yolu ilə qəhrəmana çevrilmə” motifi



Yüklə 1,81 Mb.
səhifə65/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   61   62   63   64   65   66   67   68   ...   188
2.3. “Ölüb-dirilmə yolu ilə qəhrəmana çevrilmə” motifi

Dastanda Altay Buçıy və onun oğlu ölərək yenidən dirilirlər. Bu, qəhrəmana çevrilmə sxeminin zəruri formuludur:

“Ərgənlik (keçid/inisiasiya – S.R.), yaxud şamanolma ritualının ümumi sxeminə gö­rə, statusartırma ritualından keçən subyekt, yaxud gələcək şa­man:

– Köhnə statusundan ayrılır: bu ayrılma ritual ölüm şək­lin­də gerçəkləşir.

– Ölmüş subyekt ölüm dünyasına Xaosa gedir;

– Xaosda Yer Ananın yanında/məkanında subyektin bə­də­ni hissələrə ayrılır: ya ətini sümükdən ayırırlar, ya Yer Ana onun ətini yeyir və s.

– Sonra subyektin bədəni yenidən yaradılır: ya bədənin hissə­lərini yenidən birləşdirirlər, ya da Yer Ana yediyi sub­yek­ti yenidən doğur.

– Yenidən doğulmaqla yeni insana çevrilmiş subyekt öz ye­ni statusunda Kosmosa qayıdır.



Statusartırma ritualının iki mühüm konsept/obrazı var: ölüb-dirilmə ritualından keçən subyekt və bu ölüb-dirilməni hə­yata keçirən Yer Ana obrazı.

Yer Ana – bir obraz kimi kosmosyaradıcı konseptdir. Xaosa gəlmiş subyektin bədəninin hansı şəkildə öldü­rül­mə­sin­dən, hansı şəkildə yenidən yaradılmasından və bunu icra edən­lərin obraz/şəkillərindən asılı olmayaraq, bütün bunların ha­mısı Yer Ana obraz/kompleksini təşkil edir. Yəni subyektin öl­dükdən sonra dirilməsi üçün o, yeni­dən doğulmalıdır. Bu do­ğu­luş hansı şəkillərdə (parçalanmış ətlərin sümüklərlə bir­ləş­di­ril­mə­si, yaxud subyektin ətinin yeyilərək yenidən do­ğul­ma­sı) baş verməyindən asılı olmayaraq ritual subyektini ye­ni­dən doğ­maq Yer Ananın funksiyasıdır. Bu baxımdan, di­ril­mə/do­ğul­ma bütün hal/şəkilləri ilə Yer Ana arxetipinə bağ­lı­dır” (4, 403).

“Altay Buuçay” dastanının K.Sonukov variantında Yer Ana obrazı birbaşa öz adı ilə (Yer-ene) iştirak edir. Bizim nəzərdən keçirdiyimiz Çoltoş variantında isə Yer Ananı Ağ tayqanın sahibi, dağ ruhu, Altay Buuçayın totem anası Ak Emegen və Ak Burxanın qızı Ak Taci təmsil edirlər. Qəhrəmanı dirildərək ona ərə getmiş Ak Taci Yer Ana rolunu oğulluğu Erke-Möndürə münasibətdə oynayır. Hər iki ana – Ak Emegen və Ak Taci, bir növ, totem analardır. Altay Buuçay öz insan anasından doğulduğu halda, Ak Emegen onun totem anasıdır. Erke-Möndür də öz insan anasından doğulub. Bu halda onun atasını dirildən və özünün də yenidən dirilməsinə səbəb olan Ak Taci də Totem Ana – Yer Ana funksiyasını yerinə yetirir.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin