6. Folklorun relaksasion (latınca "relaxatio" boşalma) funksiyası
Bu funksiya mədəniyyət vasitəsilə fiziki və psixi gərginliyin boşaldılmasını nəzərdə tutur (rituallar, bayramlar, festivallar və s.) Bu funksiya folklorşünaslıqda folklorun sosial funksiyaları məsələsinə psixoanalitik münasibəti özündə əks etdirir. Bu funksiya daha çox məşhur Amerika folklorşünası Alan Dandesin əsərlərində aprobasiya olunmuşdur. Alan Dandesə görə, folklorun iki funksiyası vardır:
Folklorun "açıq" funksiyası konformizm (şəraitə asanlıqla uyğunlaşma) tərbiyəsi vəzifəsinə xidmət etməsindədir. Dandesin nəzərində bu struktur oppozisiyanın sol hissəsini (qadağa və qadağanın pozulması) funksionallaşdırır.
Folklorun "gizli" funksiyası sublimasiya (psixikanın gərginlik enerjisini yaradıcılığa yönəltməklə özünümüdafiə mexanizmi) funksiyasını həyata keçirməsi ilə bağlıdır. Dandesin nəzərində bu struktur oppozisiyanın sağ hissəsini funksionallaşdırır.
Alan Dandesin folklorun funksiyası ilə bağlı psixoanalitik yanaşması bu istiqamətdə zəngin araşdırmaların yaranmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: |