Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə28/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   24   25   26   27   28   29   30   31   ...   71
Üç arzu (43)
Bir gün Şah Abbas vəziri ilə dərviş libasında şəhəri gəz­mə­yə çıxmışdı. Bir öyün qabağından keçəndə üç nəfərin ixti­latını eşitdi. Birinci kişi deyirdi:

– Noloydu, şah qızını mana verəydi. Dünyada dərdim olmazdı.

İkinci kişi dedi:

– Noloydu, şah mənə on qızıl vereydi.

Üçüncü kişi dedi:

– Mən şahdan heç nə istəmirəm.

Şah bunun sözünü eşidib çox qəzəbləndi, dedi:

– Yaxşı, sənin atanı yandıraram.

Sabah oldu. Şah öz taxtına çıxdı. Əmr elədi, o üç nəfər gəldi. Şah birinci kişiyə dedi:

– Dünən gecə nə istədin?

Birinci kişi dedi:

– Şah sağ olsun, mən istədim ki, şah öz qızını mənə versin.

Şah dedi:

– Arzunu yerinə yetirrəm.

İkinciyə dedi:

– Sən nə istəyirdin?

– Şah sağ olsun, mən dedim, noloydu, şah mənə on qızıl verəydi.

Şah dedi:

– Sənin də arzunu yerinə yetirdim.

Üçüncü kişiyə dedi:

– Bəs sən nə arzuladın?

Kişi gördü ki, şah hər şeyi bilir. Ona görə də olanını dedi:

– Şah sağ olsun, mən dedim ki, şah kimdi, mən öz ruzumu Allahdan istəyirəm.

Şah bunu eşidən kimi əmr elədi, cəllad gəldi:

Dedi:

– Vur bunun boynunu.



Vəzir irəli gəlib dedi:

– Şah sağ olsun, bunu öldürtməyin. Qoy bunun da arzu­sunu yerinə yetirək, görək nə olur.

Vəzirin sözlərinə şah qulaq asdı, kişini öldürtmədi. Şah qızı­nı birinci kişiyə verdi.

Geri qayıtmağa başladılar. Gəlib bir çayın qırağına çat­dı­lar. Onlar çayı keçməli idi. Birinci və ikinci kişi özünü vurutdu çaya. Hər ikisini su aparıtdı. Ruzusunu Allahdan istəyən kişi çayaşağı getdi, şah qızı da yanında. Səhər açıldı. Onlar dayaz bir yerdən çayı keçdilər. Onlar kişinin kasıb komasına gəldilər.

Kişi dedi:

– Şah qızı, bu gündən biz olduq bacı-qardaş.

O gündən onlar kişinin kasıb komasında yaşamağa başla­dı­lar. Hamı onları bacı-qardaş bildi. Kişi şələçilik eliyirdi. Bir qalın meşə vardı, oradan odun qırıb gətirib satırdı. Onlar birtəhər dolanırdılar. Kişi bir gün meşəyə gedəndə birdən başının üstünü bir şir alıb dedi:

– Qırx ildi burda hökmdaram. Heç kim bura ayaq bas­mayıb. Niyə buraya gəlibsən?

Kişi qorxusundan titrəməyə başladı. Dedi:

– Odun satıb dolanıram.

Şir onu öldürmədi. Dedi:

– Filan ağacın dibini gedib qazarsan, ruzuna yetər­sən.

Kişi şirin dediyi yerə getdi. Ağacın dibini bir qədər qazdı. Gördü ki, qızıl dolu küp çıxdı, sonra biri, sonra biri, düz qırx küp qızıl çıxdı. O, qızıl dolu küplərin hamısını gizlətdi. Tezliklə, ustaları çağırıb, başı bulutdan, dibi dəryadan nəm çəkən bir saray tikdirdi. Bacı-qardaşın adı hər tərəfə səs saldı. Qıza hər yerdən elçilər düşdü. Ancaq o, bütün elçiləri rədd elədi.

Bir gün şahla vəziri burdan keçirdi. Onlar gəlib kişinin sarayına çıxdılar. Buradakı cah-cəlalı görüb, heyran qaldılar. Şah qızı görən kimi ona vuruldu. O, öz istəyini bildirdi.

Kişi dedi:

– Qız özü bilər.

Bunu eşidən kimi qız başlarına gələn bütün əhvalatı vəzirə danışdı. Sonra dedi:

– Heç şah da öz qızına vurularmı?

Şaha hər şey agah oldu. Bunu görən kişi dedi:

– Şah sağ olsun, mən öz ruzumu Allahdan istəmişdim, o da yerinə yetdi.

Şah bu işə heyran qaldı. Qızı da həmin kişiyə verdi. Onlar xoşbəxt yaşayıb ömür sürdülər.



Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin