Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə31/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   27   28   29   30   31   32   33   34   ...   71
Hazırcavab qız (46)
Biri var imiş, biri yox imiş, bir padşah var imiş. Bu pad­şa­hın vəziri çox tüğyan eləyirmiş. Bir gün padşah vəzirindən soruşur:

– Vəzir, qazan qaynayanda niyə pık-pık eləyir? Bu nə deməkdi?

Vəzir xeyli fikirləşib deyib:

– Padşah sağ olsun, izin ver, gedim fikirləşim.

Padşah izin verir. Vəzir evə gəlib, hazırlıq görür. Səfərə yola düşür. O, az gedir, üz gedir, dərə-təpə düz gedir, gəlib bir kişiyə rast olur. Vəzir ondan soruşur:

– Qardaş, eviniz uzaqdadırmı?

Kişi deyir:

– Bəli!

Vəzir deyir:

– Onda bir nərdivan da götürək.

Kişi təəccüblənir, amma heç nə demir.

Bir qədər yol getdikdən sonra onların qarşılarına biçilmə­miş zəmi çıxır. Vəzir soruşur:

– O zəmini biçiblər, yoxsa biçməyiblər?

Kişinin təəccübü daha da artır.

Onlar yollarına davam eləyirlər. Bir az da getmiş, görürlər ki, qarşıda ölü basdırırlar. Vəzir soruşur:

– Onlar ölü basdırırlar, yoxsa diri?

Kişi tamamilə inanır ki, yol yoldaşı dəlidir. Odur ki, kişi evə çatan kimi qızına deyir:

– Qızım, qonağımız dəlidir, çay-çörək hazırla, yeyib-içsin, sabah gedəcək.

Qız soruşur:

– Ata, niyə dəlidir?

Kişi deyir:

– A qızım, məndən soruşdu ki, yolunuz uzaqdırmı? Dedim:

– Hə.


Dedi ki, onda bir nərdivan götürək.

Qız deyir:

– Ata, yolun nərdivanı söhbətdi.

Kişi deyir:

– Qarşımıza biçilməmiş zəmi çıxanda soruşdu ki, onu biçiblər, yoxsa biçməyiblər?

Qız deyir:

– Ata, bu o deməkdi ki, həmin zəminin sahibi bir kəsə borcludursa, zəmini biçibdi, borc yeməyibsə biçəcəkdi.

Sonra kişi deyir:

– Qızım, qabaqda ölü basdırırdılar. Soruşdu ki, ölü basdı­rır­lar, yoxsa diri?

Qız deyir:

– Ata, bununla yol yoldaşın demək istəyib ki, o adam yaxşılıq eləyibsə, övladı varsa, diri basdırıblar, adı deyiləcəkdir.

Vəzir də qızın cavablarını eşidir. Qızın çox ağıllı olduğunu bilir. Başına gələnləri qıza danışır. Sonra da padşah verdiyi sua­lın cavabını ondan soruşur.

Qız deyir:

– Qonaq, qazan qaynayanda ona görə pık-pık eləyir ki, tüğyan eləmə, daşaram səni söndürərəm.

Vəzir gəlib bu əhvalatı padşaha söyləyir. Padşah qızın yerini öyrənib onun yanına gəlir. Bu vaxt qız qapını süpürürmüş, padşah qapıya çatanda qız hiss eləyir ki, arxada adam var, deyir:

– Dağılasan kor qapı, qulaqsız qapı.

Padşah soruşur:

– Ay qız, qapının qulağı olarmı?

Qız cavab verir:

– Qapının qulağı itdi, bir kəs gələndə hürərdi, mən də eşidib arxaya baxardım.

Padşah qızın cavabını bəyənir. Atasından izin alıb onu saraya gətirir, bütün işlərdə onunla məsləhətləşir.

Nağıl burda bitdi. Nağıl qaldı orda, biz də burda.



Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin