Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə41/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   37   38   39   40   41   42   43   44   ...   71
Bəxt (56)
Kasıb, fağır bir kişi nə qədər əlləşirdisə, vuruşurdusa güzə­ra­nında bir yaxşılıq əmələ gəlmirdi. Dolanışığı da gündən-günə pisləşirdi. Kişi bir gün gedir falçının yanına, görsün bu nə işdi. Falçı kitablara baxıb fal açandan sonra deyir:

– Ay kişi, filan meşədə qaratikan kolunun dibində sənin bəx­­tin yatır. Get onu durğuz. Sonrası ilə işin yoxdur. İşin düzələcək.

Kişi sevincək falçının yanından çıxıb, yollanır həmin me­şə­yə. Gəlib çatanda görür, doğurdan da, qaratikan kolunun dibin­də bir nəfər xorhaxorla yatıb. Hirslə bir-iki təpik vurub, onu durğuzur. Deyir:

– Sən niyə yatmısan? Mən axı əldən düşdüm. Dur ayağa!

Kişinin bəxti ayağa qalxıb, ona üç qoz verir, sonra da deyir:

– Get, daha mən yatmayacağam. İşlərim bundan sonra yax­şı gedəcək, güzəranın düzələcək.



O, qozları alıb yola düzəlir. Yolda görür ki, üç uşaq işıl­da­yan əcayib bir daşın üstündə dalaşır. Uşaqların hərəsinə bir qoz verib, bu daşı onlardan alıb evə gəlir. Daşı arvadına verib deyir:

Ay arvad, al bu daşı, sarımsaq-zad döyəndə sənə lazım olar.

Günlərin bir günü iş elə gətirir ki, yoldan ötən tacirlər qon­şu­luqda qonaq düşürlər. Bir gün qonşusu bu kişinin qapısına gəlib deyir:

Ay qonşu, tacirlərdən yemək-içmək almaq istəyirik. Amma tərəzinin gözünü düzəltməyə daş yoxdur, bəlkə, səndə çəki daşı ola?

Kişi həmin daşı verir qonşusuna. Bir az keçmiş bir də görür ki, bir tacir əlində daş gəlir onun evinə. Kişiyə deyir:

– Bax, bu karvanın bütün malını sənə verirəm. Sən də bu daşı ver mənə..

Kişi deyir:

– Ola bilməz. Bu daş mənə baha başa gəlib.

Tacir görür ki, daşın bir tərəfində bir balaca çatlaq var. Odur ki, deyir:

– Onda heç olmasa bu çatlaq yerdən bir qoz boyda sındır, ver mənə.

Kişi razılaşıb elə də elədi. Tacir karvanını malı ilə qoyub, gedir.

Bu işin üstündən bir il dolanıb keçir. Tacir bu tikə daşdan on karvanın qiymətindən artıq mal alıb, daha da varlanır. Bir gün deyir:

– Qoy gedim kişiyə deyim ki, ay ağılsız kişi, səndən bir karvanın malının bahasına aldığım daşı satıb, on karvanın malını almışam. Bunu eşidəndə, yəqin, kişinin bağrı çatlayar, onda mən daşın qalan hissəsini də əldə edərəm.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin