Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə47/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   43   44   45   46   47   48   49   50   ...   71
İlanla ovçu (62)
Ovçu bir gün ova çıxmışdı. Bir də gördü ki, çələyə bir ilan düşüb. İlan ovçunu görcək yalvarmağa başladı. Ovçunun ona yazığı gəlib çələdən çıxartdı. O saat ilan ovçunun boynuna dolanıb dedi:

– Səni gərək çalıb öldürəm.

Ovçu dedi:

– Mənim sənə nə pisliyim dəyib? Axı səni ölümdən qur­tardım. Mənə rəhmin gəlsin.

İlan dedi:

– Qabağımıza kim çıxsa soruşaq: “Bu dünyada yaxşılığın yeri varmı?” Desələr var, səni bağışladım, desələr yox, səni elə çalacam ki, partlayıb öləcəksən.

Bir çəmənlikdə qoca bir öküzə rast gəldilər. Ovçu soruşdu:

– Bu dünyada yaxşılığın yeri varmı?

Öküz dedi:

– Bu dünyada yaxşılığın yeri yoxdu. Əgər olsaydı, ömrüm boyu işlədiyim əyəm qocalanda məni qovub deməzdi: “Get səni istəsə it yesin, istəsə qurd”.

İkinci dəfə onlar bir ata rast gəldilər. At lap qocalıb əldən düşmüşdü, yük daşımaqdan da beli yara olmuşdu.

Ovçu soruşdu:

– At qardaş, bu dünyada yaxşılığın yeri varmı?

At dedi:


– Mən cavanlığımda quş kimi uçurdum. Əyəm də həmişə mənim nazımı çəkirdi. Mən onu neçə dəfə ölümdən qurtarmış­dım. Qocalanda mənə yük daşıtdırdı. Lap əldən düşəndə isə qovdu.

İlan dedi:

– Ey ovçu, axır halındır.

Ovçu dedi:

– İndi görək kimə rast gəlirik.

Bu dəfə onlar bir tülküyə rast gəldilər. Tülkü gördü ki, ovçu ilişib ilanın əlindən qurtara bilmir. Hiyləyə əl atdı:

– Çələ necə idi?

Ovçu çələni düzəltdi.

Tülkü dedi:

– Mən inanmıram, ilan çələyə düşsün. Bu ola bilməz.

Belə deyəndə ilan ovçunun boynundan açılıb dedi:

– Bax, belə çələyə düşmüşdüm.

Tülkü ovçunu zəhərli ilandan belə qutardı.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin