Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə48/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   44   45   46   47   48   49   50   51   ...   71
Ayı, tülkü, qurd (63)
Bir meşədə ayı, qurd, tülkü, bir də dovşan birgə yaşa­yır­dılar. Ayının iki bal ağacı vardı. Bir gün qurdla tülkü ayının balını yemək istədi. Tülkü qurda dedi:

Bal hələ yetişməyib, qoy yetişsin, sonra yiyərik.

Tülkü qurdu aldatdı. Özü xəlvətcə balı yedi. Ayı xəbər tut­masın deyə baldan bir az götürüb qurdun, dovşanın quyruğu­na çəkdi. Bir gün ayı gördü ki, balını yeyiblər. Heyvanların yanına gəlib dedi:

– Mənim balımı kim yeyib?

Qurd dedi:

– Xəbərim yoxdu.

Dovşan dedi:

– Xəbərim yoxdu.

Tülkü dedi:

– Xəbərim yoxdu.

Ayı dedi:

– İndi bilərəm balı kim yeyib.

Bunu deyib, başladı heyvanların üst-başını yoxlamağa. Gör­dü ki, tülkünün üst-başı təmizdi. Qurdun, dovşanın bala bu­laşdığını gördü. Ayı elə başa düşdü ki, balı bunlar yeyib. Baş­ladı qurdla dovşanı əzişdirməyə. Onların hərəsini mağaranın bir tə­rəfinə atdı. Tülkü ayını beləcə aldatdı. O gündən hey­vanların dostluğu pozuldu. Qurd, tülkü, dovşan mağaradan çıxıb getdi. Ayı isə mağarada tək qaldı.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin