Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə51/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   47   48   49   50   51   52   53   54   ...   71
Qurbağaların padşah seçməsi (66)
Bir gün qurbağalar yığışıb dedilər ki, gəlin özümüzə bir padşah seçək, bizə başçılıq etsin. Amma bilmədilər kimi padşah seçsinlər. Hər ağızdan bir avaz gəldi. Çox götür-qoy edəndən sonra bir qurbağa dedi:

Belə getsə, özümüzə padşah seçə bilməyəcəyik. Gəlin gedək Musa peyğəmbərin yanına, görək o nə deyir.

Qurbağalar məsləhətləşib qoca qurbağanı Musa peyğəm­bərin yanına göndərdilər. Qoca qurbağa məsələni açıb, ona söy­lədi. Dedi:

– Qoy Allah-taala bizə bir padşah seçsin.

Musa peyğəmbər Allah-taalanın yanına gedib qurbağaların xahişini ona çatdırdı. Allah onu dinləyib dedi:

– İndi ki, qurbağalar padşahsız dolana bilmirlər, qoy gölün qırağındakı qovaq ağacı onların başı üstə padşah olsun.

Musa peyğəmbər qayıdıb onun sözünü qoca qurbağaya çatdırdı. Qoca qurbağa sevincək qayıdıb qurbağalara dedi:

– Bax gördüyünüz bu qovaq ağacı bu gündən bizim pad­şahdır.

Qoca qurbağa bunu deyib gölün qırağındakı qovaq ağacını göstərdi. Qurbağalar bu xəbərdən çox sevincək oldular.

Bunlar burda qalmaqda olsun, eşit Musa peyğəmbərdən. Bir gün Allah-taala onu yanına çağırıb dedi:

– Ey Musa, bir get, bax gör qurbağalar nə edirlər, padşah­larını necə yola verirlər? Sonra gəl yanıma.

Musa peyğəmbər gölə yaxınlaşanda baxıb gördü ki, qur­bağalar bir həşirdədirlər ki, gəl görəsən. Hamısı dırmaşıb otu­rublar qovaq ağacında. Musa peyğəmbər bir söz deməyib, Allah-taalanın yanına qayıtdı. Allah-taala ona dedi:

– Danışma, hər şeydən xəbərim var. Mən bilirəm onlar nə istəyir. Bu gündən şahmar ilanı onlara padşah təyin etdim.

Deyirlər, elə o gündən şahmar ilan qurbağalara qənim kəsildi.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin