Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ


Bu boyda çələni görə bilmirsən? (67)



Yüklə 13,01 Mb.
səhifə52/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   48   49   50   51   52   53   54   55   ...   71
Bu boyda çələni görə bilmirsən? (67)
Bir ovcu var idi. Bu ovçu adət eləmişdi ki, hər dəfə ova gedəndə tərlanını da özüynən götürsün. Bir gün ovçu ovdan qayıdanda tərlan özünü öyüb dedi:

– Ovçu qardaş, sənin ovçuluğun mənim hesabımadı. Mən olmasam, sən bir şey eləyə bilməzsən. Mənim gözüm elə itidir ki, yerdə darını da görə bilirəm.

Ovçu bir az fikirləşib dedi:

– İndi ki belədir, baxıb görərik sənin gözün necə itidir?

Ovçu bunu deyib tərlanın ayağını boşaltdı. Tərlan qanad çalıb göyə qalxdı. Havada bir neçə dövrə vurdu. Yerə baxıb, ovçunun yerə səpdiyi darıları gördü. Qanadlarını yığıb, ildırım kimi yerə şığıdı. Caynaqlarını açıb darıları götürmək istəyəndə çələyə toxundu. Çələ şaqqıltıynan bağlandı. Tərlan nə qədər çırpındısa, qurtula bilmədi ki, bilmədi. Axırda halsız-halsız dörd yanını gözdən keçirirdi ki, aralıqdan onun bu vəziyyətinin seyr eləyən ovçunu gördü. Ovçu gülüb soruşdu:

– Hə, dostum, necəsən? Nə təhər oldu ki, iynənin gözün­dən keçən darını görə bildin, amma bu yekəlikdə çələni görə bil­mədin? Onu bil ki, mən sənin sayəndə ovçuluq eləyirəmsə, sən də mənim hesabıma tərlanlıq eləyirsən.

Ovçu belə deyib çələni açıb tərlanı oradan götürdü. Tərlan yerssiz təkəbbürdən pərt olub, nə ağ dindi, nə də qara....


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin