Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ


GÜLMƏCƏLƏR Pulu çox verəydin (69)



Yüklə 13,01 Mb.
səhifə54/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   50   51   52   53   54   55   56   57   ...   71
GÜLMƏCƏLƏR
Pulu çox verəydin (69)
Bir gün bir kişinin inəyi itir. Çox axtarır, amma tapa bilmir. Əli hər yerdən üzülür. Axır gəlir bir mollanın yanına. Ona beş ma­nat verib deyir:

Bir həftədir inəyimi itirmişəm, tapa bilmirəm. Qorxuram qurda-zada rast gələr. Al bu beş manatı, bir dua oxuyub qurdun ağzını bağla!

Molla beş manatı alıb deyir:

‒ Arxayın gedə bilərsən. Qurd inəyini yeməz.

Kişi arxayın olub gedir. Kişi gəzə-gəzə gəlib qala diva­rı­nın ətəyinə çıxır. Görür inəyin sümükləri yerdə ağarır. O saat bi­lir ki, qurd inəyini dağıdıb yeyib. Qayıdır gedir mollanın yanına, çatan kimi deyir:

Ay molla, bu nə işdir? Sən qurdun ağzını necə bağla­mı­san ki, inəyimi yeyib. Qaytar beş manatımı.

Molla gülüb deyir :

‒ A kişi, beş manata bir qurdun ağzını bağlamışam. Pulu çox verəydin, bütün qurdların ağzını bağlayaydım.



Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin