Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə55/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   51   52   53   54   55   56   57   58   ...   71
Kefim nə vaxt isdəsə (70)
Bir gün Bəhlul Danəndə yolla gedirdi. Birdən bir qolu­zorlu onun tədbirliliyini yoxlamaq üçün qabağını kəsib dedi:

Ey Bəhlul Danəndə, mən səni öldürməliyəm. Ancaq ürə­yinnən keçən nəsə bir isdəyin varsa, deynən onu yerinə yeti­rim, sonra səni öldürüm.

Bəhlul Danəndə sakitcə dilləndi:

‒ Qoy bir “Yasin” oxuyum, sonra öldür.

Qoluzorlu razılaşdı. Bəhlul Danəndə “Yasin”in başından bir az oxuyub dayandı. Sonra tərpəndi ki, çıxıb getsin.

Qoluzorlu dedi:

‒ Bəs nə oldu ? “Yasin”in dalısını niyə oxumadın?

Bəhlul Danəndə özünü o yerə qoymayıb qayıtdı ki:

Şərtimiz belə idi ki, “Yasin”i oxuyub qurtarandan sonra sən məni öldürə bilərsən. İndi kefim nə vaxt isdəsə, onda “Yasin”in da­lı­sını oxuyub qurtaracağam. Səndə onda gəlib məni öldürər­sən. Oldumu?

‒ Oldu! Oldu!, – deyib qoluzorlu Danəndənin bu sözünə bənd imiş kimi uğunub getdi.



Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin