Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə57/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   53   54   55   56   57   58   59   60   ...   71
Getmərəm ha... (72)
Bir gün meşələr padşahı Aslan heyvanları hüzuruna ça­ğırıb dedi :

‒ Ürəyimə sərin bulaq suyu düşüb. Filan dağdakı filan bulağın suyundan bir kuzə doldurub gətirin.

Padşahın sözünə “bəçeşm”, ‒ deyib heyvanlar bir qırağa çəkildilər ki, məsləhət-məşvərət eləyib bir heyvanı su dalınca göndərsinlər. Dedilər:

‒ Tez gedib gəlməyə dovşan yaxşıdır. Qoy o getsin. Dov­şan yaxasını qırağa çəkdi:

‒ Ay başına dönüm, mənim bərk qaçmağıma baxmayın, yaman qorxağam. Elə yanımda balaca şıqqıltı olsa, qorxumdan kuzəni əlimdən salacağam, o da düşüb sınacaq.

Dedilər:


‒ Onda qurd hamıdan ürəklidi. Suyu qurd gətirsin.

Qurd tez cavab verdi:

‒ Vallah, mən öz xasiyyətimə bələdəm, yolda qoyundan-quzudan bir şey görsəm, küzəni bir tərəfə atıb, onu parçalamağa cumacam.

Qərəz, kimin adını çəkdilərsə, hərə bir şeyi tutalqa eləyib, yaxasını bir qırağa çəkdi. Axır-axırda tısbağanı üzüyola tapıb, su gətirməyi onun boynuna qoydular. Tısbağa çar-naçar kuzəni gö­tü­rüb, otların arasına üz qoydu ki, padşah deyən bulaqdan su gətir­sin. Bəli, bir saat, iki saat keçdi, tısbağadan bir xəbər çıxmadı. Gözləməkdən səbri tükənmiş heyvanlar başladılar onun qarasına söylənməyə. Elə bu heynidə tısbağa beş addım aralıdan başını qaldırıb donquldandı ki:

‒ Ey, qeybətimi eləməyin, yoxsa getmərəm ha!



Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin