Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə58/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   54   55   56   57   58   59   60   61   ...   71
Arada nal da itdi (73)
Bir kişi yolda bir dəfə nal tapır. Sevinə-sevinə onu evinə gətirir, arvadına göstərib deyir:

‒ Ay arvad, bax gör nə naldır? Özü də qəttəzə. Yoldan tapmışam. Allah qoysa, üçünü də taparam, sonra da bir at alarıq, atımızı nallarıq.

Arvadı ərinin sözünə sevinib deyir:

‒ Ay kişi, görəsən bizim də atımız olacaq?

Kişisi deyir:

‒ Allah qoysa, əlbəttə olacaq. Mən indi durum atımıza bir axur hazırlıyım, sən də çay-çörək tədarükünü gör.

‒ Ay kişi, axuru harda hazırlayırsan?

Kişi əlilə evin qabağını göstərib dedi :

‒ Arvad, Allah qoysa, bax burada tikəcəyəm.

Gəlin bu söhbəti eşidib qaynanasına deyir:

‒ Qaynatama de ki, axuru həyətin o başında tiksin. Bu yaxınlarda uşağım olacaq. Uşaq iməkləyib həyətə çıxanda at onu təpikləyər.

Arvad gəlinin sözünü ərinə çatdırır. Kişi əsəbləşib deyir:

Mən sizə demişəm ki, kişi işinə qarışmayın. Axuru elə evin qabağında tikəcəyəm. Gəlin də uşaqdan yaxşı göz olsun ki, at onu təpikləməsin.

Gəlin bu vaxtadək qaynatasının üzünə ağ olmamışdı. Bu dəfə özünü saxlaya bilməyib hirslə deyir:

Özümü öldürməkdisə, burada axur tikməyə qoymaya­ca­ğam.

Belə deyib də keçıb kəsir qaynatasının qabağını. Qaynatası da gəlinin cızıgından çıxdığını görüb, ona bir təpik vurur. Gəlin yıxılır. Bir hay-həşir düşür. Gəlinin qohum-əqrabası əhvalatı eşi­dib kişinin üstünə hücüm çəkillər. Bir mərəkə qopur ki, gəl gö­rə­sən. Elə bir vurçatdasın dava düşür ki, ara qarışıb məzhəb itəsi olur. Dava qurtarannan, ara səngiyənnən sonra baxıllar ki, nal da itibdi.



Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin