Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə19/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   15   16   17   18   19   20   21   22   ...   71
Şıxlar piri (30)
Deyirlər ki, bir vaxt Dəliçoban kəndinin əhalisi quraqlıq­dan olmazın əziyyətini çəkirmiş. Çaylar, bulaqlar qurumuş, solub saral­mışdı. Uşaqlar susuzluqdan qışqırıb ağlayırdılar.

Qızmar günlərin birində yoldan ötən üç qoca kişi bir qa­pını döyüb, içməyə su istədilər. Ev sahibi qapını açıb dedi:

Qonaq qardaşlar, Allah düşmənin üzünü qara eləsin. Bizim də üzümüz sizin yanınızda qaradır. Neçə vaxtdır kəndi­mizdən yağış kəsilib. Susuzluqdan ölürük. Bir cam suyum var, onu verim, için.

Qocalar kişidən suyu alıb içdilər. Qocalardan biri dağın ətəyindəki tək ağacı əlilə göstərib dedi:

– Kişi, gördüyün o ağac pirdir. Qoy kənd əhli yığışıb, o ağacın yanında sadağa paylasın, Allah kərimdir, yağış yağar.

Qocalar bunu deyib getdilər. Deyilənə görə, qocalar əməli-saleh şeyxlərdən imişlər.

Qocalar gedəndən sonra ev sahibi kənd əhlini başına yığıb, o tək ağacın yanına getdilər, sadağa payladılar, dua etdilər. Heç bir az keçməmiş bir də gördülər ki, göy guruldadı, şimşək çaxdı, leysan yağışı yağdı. O vaxtdan o yerə “Şıxlar piri” dedilər.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin