Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə23/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   19   20   21   22   23   24   25   26   ...   71
Əmcəkli pir (38)
Deyilənə görə, əski çağlarda Mehrağa kəndində şorgöz, za­lım bir bəy varmış. Bir gün bu bəyin gözü Sayalı deyilən əliu­şaqlı cavan bir gəlinə düşür. O, bu gəlinə göz verir, işıq vermir. Elə bir fürsət axtarır ki, onu birtəhər ələ keçirsin, ad­dımbaaddım gəlini izləyir. Bir gün bir qoca qarıynan xəbər də göndərir ki, “öz xoşunla mənə gəlirsən gəl, yoxsa səni götürüb qaçırda­cağam”. Yazıq qız bilmir nə etsin. Ərinə də deməyə qorxur ki, araya qan düşər.

Bir gün Sayalı qucağında da uşağı çöldən ‒ ərinin yanın­dan qayıdırmış. Bir də görür budur, bəy kəsdirib yolun ağzını durub. Sayalı işi belə görüb üz tutur qaçmağa. Axır gəlib çatır bir dağın yastanına. Arxaya dönüb baxanda görür ki, budu, bəy ona çataçatdadı. Onda üzünü göyə tutub, başlayır yalvarmağa.

– Ay Allah, qurtar məni bu namussuzluqdan, qoyma biabır olum!

– Sən də, a dağ, gizlət məni!

Elə bunu demişdi ki, bir də gördü qabağındakı dağ şaqqıltı ilə parçalanıb aralandı. İşi belə görəndə Sayalı özünü vurdu dağın arasına. Dağ da, elə bil, bunu gözləyirmiş. Yenə də şaqqıl­dayıb bağlandı. Sayalı uşağıynan qaldı dağın içində.

Deyirlər, onlar elə indi də ordadır. Elə o vaxtdan həmin yerə “Əmcəkli pir” deyərlər. Arvad, gəlin süddən kəsiləndə uşaqlarını götürüb pirin ətrafında dolanarlar ki, südə gəlsinlər.




Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin