Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə10/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   6   7   8   9   10   11   12   13   ...   238
VI mətn

Hal anası bir qərivə arvatdı. Pıttaşıx saşdarı, sallax döşdəri, yekə seyrək dişdəri var. Hirsdənəndə hər döşünü bir çiyninə atır.


VII mətn

Mən uşaxdım. Yadımdadı, qonşumuzda arvatdar zahı yatan­da, gəlif mənim anamın paltarın aparıf onun başının altına qoyurdu­lar ki, sizin nəslız onnan (haldan – top.) tovbalıdı. Guya bizim babalarımızdan birinin yoldaşı zahı yatmışmış. Kişi özü evdəymiş. Kişi görüf ki, bir dənə hal gəlif bajadan sallanıf, belə baxır. Döşdəri sallanıf, çiyninnən geriyə atırmış. Kişi duruf gizdincənə içəridən çıxır. Asmalıx deyirdilər, onun üsdünə iynə sancırdılar ki, əl atanda götürsünnər. İçinə də sap, düymə yığırdılar. Nejə ki, indi mücrülərə yığıllar, heylə. Onu da bəzəhli toxuyurdular rəhbərəh ipdən. Babam gedir iynəni bırdan çəkir, yorğan iynəsini, gizdincə hərrənir gedir bacanın üsdündə onun paltarına sancır, tay qaça bilmir. Bını götü­rür aparır qonşuya, üş-dörd gün saxlıyır. Deyir, ağlıyırmış ki, uşa­ğı­m var, yəqin acınnan öldü, məni boşdayın gedim. Deyir, sora iynə­ləri bınnan çəkillər, bir dənəsini çəhmillər. Deyir ki, yox ey, üsdüm­də nəsə var, gedə bilmirəm. Axırıncı iynəni çəkəndə yox olur. O da yadımdadı ki, kimsə zahı yatanda gəlif anamın qoftasını, tumanını aparırdılar ki, sizin nəsliniz cinnən, şeytannan tobalıdı.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin