110. AŞIQ ƏLƏSGƏR
Aşıx Ələsgər balaca uşağ olur, atasıynan bazara çıxır. Bazarda gəzillər, çox hərrənillər. Hərrənəndə görür ki, bir cavan oğlan, o da hərrənir, bir kuruk vurur. O da varrıymış. Deyir ki, bir dənə nökər lazımdı mana. Onnan-bunnan sorağ eliyir. Ələsgər atasına deyir ki, ata, mana icaza ver, mən gedim ona nökər olum.
Deyir:
– Ay oğul, sənnən nökər olmaz, oturginən, bizi bəlaya salma.
Deyir:
– Yox, sən onu çağır, deginan, məni apar ver ona.
Nəysə, Ələsgər bu kişiyə əl eliyir, kişi gəlir buna sarı. Deyir ki, mənim bax, bu oğlum sana nökər olsun.
Deyir:
– Çox yaxşı, elə belə bir cavan uşax gəzirəm, arvat buyursun oryə, buryə.
Ələsgəri də götürür, gedillər buların əvinə. Bu da varrı adamdı da. Arvat balqonda gəzinirmiş oyana, buyana. Qapıya çatanda deyir ki, arvat, gətirmişəm dediyin adamı. Ağlın nə kəsir, xoşuna gəlir, gəlmir? Bu səfər arvat baxır, baxır, dinməzcə baxır. Deyir:
– Hardan gətirmisən, qaytar yerinə.
– Ay arvat, Allaha bax. Məni göndərdin ki, get bir nökər tap, gətir. Mən də gətirmişəm. Uşaxdı, isdiyir buyur, isdiyirsən, neylirsən elə.
Deyir:
– Ə, görmürsən, onun qarnını bir çuval un doyurmaz. – Ələsgər də çox gobud adam oluf, çox yekə, iri, cannı adam oluf. – Elə qazandığımı verəjəm ho yeyə də. Sən get mana xırda, bavat uşax tap.
Deyir ki, yox, helə tapdığım budu. Nəysə, Ələsgər kor-peşman atasıynan qayıdır əvə. Ələsgər qayıdır əvə, üş gün yuxudan ayılmır. Yatır, çox fikirri olur. Ələsgər savatsız alimdi, bir gün də məytəvə getmiyif. Həmən yuxuda Ələsgərə vergi verilif. Ələsgər durannan sora, bavasının – atası aşıx olmuyuf, bavası oluf, – bavasının sazını götürür, heş bir hava-zad çalmadan, birinci dəfədə bir hava çalır. Qəşəh saz çalır. “Ələsgəri” havası var hindi. Sən bilməzsən. Ələsgəri havası həmən onnan qalıfdı.
Bir yaxşı hava çalır, onnan sora başdıyır aşıxlıx eləmağa. O qədərnə orya, burya çağırıllar, ta adı bütün aləmə yayılır. Habı Şəkinin özündə İbrahim xan onu gətirtdirir oğlunun toyuna. Toya gələndə deyir ki şəyirdinə: “Gəti burda özümüzə bir cüt çəhmə tihdirax”. Qavaxlar bizim Qarabağ zonasının camahatı burya gələrdi çəhmə tihdirmağa, papax tihdirmağa. Belə şeylər hamısı Şəkidə olufdu, yaxşı ustalar vardı burda. Bular xannan soruşuflar ki, bizə bir yaxşı usda. Bir uşax da qoşur bulara. Bax, filan ustadan yaxşısı yoxdu, gedin özünuza çəhmə tihdirın. Bu da gəlir, Ələsgər də gəlir, yoldaşiynən gəlillər ustanın yanına. Deyillər ki, ay usta, bizə çəhmə tik. Usta da bulara yaxşı xromnardan, filannan görsədir. Görkəzəndə Ələsgər də bilən adamdı. Görür ki, bu xromun heş qiyməti yoxdu. Bunnan tihsə, daha yaxşı olar. Deyir:
– Laf yaxşı, tihginan. Havax gəlax?
Deyir:
– Savax yox, bürsüyün gəlin aparın.
Bular üş gün, dört gün toyda olullar. Bu, toydan qutaranda gəlillər ki, ay usta, çəhmələri ver. Usta gətirir çəhmələri verir. Görür ki, ə, bəs həmən xromnan bunda heş nə yoxdu. Ayrı şeydən tikifdi da. Sifdə gösdərif buları şirələndirif, sora ayrı şeydən tikifdi. Deyir:
– Ay qardaş, bu həmən xromnan dəyil, ayrı şeydəndi.
Çox danışıx gedir. Çox danışıx gedəndə şəyirdinə deyir ki, ə, ho sazı maa ver, buna bir-iki söz deyəjəm. Deyir:
– Əşi, bizi burda xatıyə salma. Qoy çıxax gedax. Sən, bilirəm, bunu biyavır eliyəjəhsan.
Deyir:
– Yox, canın üçün, elə diyijəm, nə o inciyicaxdı, nə sən.
Deyir:
Danışdıx, barışdıx, biz mərhəmətlə,
Ə, aralığa incihlih salma, hayıfsan.
Sən tacir olmazsan bir manat ilə,
Namısı-qeyrəti satma, hayıfsan.
Bu, elə bilir ki, bular uşax-muşaxdı. Görür iş ho yerdə döyül. Deyir:
– Filan örgətdi, filan-filan.
Deyir:
İnanma pisin, nakəsin sirrinə,
Ə, yalan söz kişini salar dərinə,
Köhnə dağarcığı tumac yerinə,
Aşıx Ələsgərə satma, hayıfsan.
Onda bu bilir ki, bu Aşıx Ələsgərdi. Ta yalvarır, düşür əlinə-ayağına ki, amanın günüdü, məni dasdana salma. Bu deyir ki, canın üçün, heş yerdə demərəm, bir xeyirdə deyəjəm, bir şərdə, arxeyin ol. Hə... Onnan sora Ələsgər bunun çəhməsini-zadını götürmür. Deyir:
Mövlam məni nəzərinnən salmıyıf,
Qojalmamışam, hələ ağlım azalmıyıf,
Ə, bu fani dünya Süleymana qalmıyıf,
Sözün dalını çox uzatma, hayıfsan.
Da, görür ki, iş-işdən keçifdi. Deyir:
– Yaxşı.
Ələsgər də bunnan aralanıf gəlir.
Bir gün ermənilər Ələsgərgil olan kəndə hüjum çəkir. Ermənilər oranı tam dağıdır. Göyçəni ermənilər dağıdan vaxdı bu Ələsgər ki, qavaxcə getdi nökərçilığa, qəbul eləmədi, həmən arvadın da uşağın, ərini ermənilər qırır. Arvat bir uşaxnan qaçır Kəlbəcərə. Ələsgər də gəlir Kəlbəcərə. Ələsgərə Kəlbəcərdə hörmət eliyillər. Ağsakqal olduğuna görə, el aşığı olduğuna görə dəyirmançı qoyüllər ki, dəyirman o vaxtı gəlirliymiş də, dolansın. Ələsgər dəyirmanda oturuf çox fikir eliyir gejə-gündüz. Qapıda fikirri oturmuşdu. Görür kü, bir qadın gəlir dəyirmana, yanında bir uşax, dalında da dağarı. O vaxdı da dağarıymış da, meşox, kisə-misə yoxumuş. Dağarda dən gəlir dəyirmana. Dəyirmana gələndə Ələsgər bu arvatı tanıyır. Həmən arvatdı ha. O ki Ələsgəri nökərçılığa qəbul eləmədi, bu, həmən arvatdı. Bu, dəyirmana gələndə danışır ki, əşi, belədi – bu bilmir ki, Ələsgər də qaşğındı, Ələsgər amma bilir arvat filankəsdi, – bura pis yerdi, belədi. Buranı pisdiyir. Gələnnən qırılırıx, şərayitimiz yoxdu. Ələsgər çox fikirrəşir, deyir buna söz deməsəm, mümkün dəyil. Deyir:
Ələsgər, xoşdu bu qadına söz deməh,
Aaz, dağılıfdı arxan, ölüb köməyin.
Yoxdu indi ağ otağın, ipəh döşəyin,
O sən görən şöhrət-şan bu dünyada tapılmaz.
Belə deyənnən sora arvat məəttəl qalır. Ə, qoja kişi maa şeyir dedi. Bu səfər Ələsgər başına gələni muna danışır, bu başına gələni Ələsgərə danışır. Orda arvat bu səfər başına döyür kü, hə, filan vaxt mən səhv eləmişəm. Arvadın o vaxt cavan vaxdıydı. Nəysə, burdan hər kəs dağılıf gedir. Söhbət burya kimi. Dalı çoxdu, danışsam səhərə çəkər.
Dostları ilə paylaş: |