115. ÖLMÜŞ İTƏ BİR TƏPİK
Ağıldan seyrək bir adam varmış. Onu uşax vaxtı it qorxuduf. Nə desə, danışsa, adamlar fikir verməzmişdər. Bir dəfə o yolda ölmüş bir itə ras gəlir. Başdıyır onnan hayıfını almağa. O ki var iti təpihliyir. Sora da başdıyır qaşmağa. Camahat munu görüf deyir:
– Ay bala, niyə qaçırsan?
O da deyir ki, bəs yolda yatan iti təpihləmişəm, indi gəlif məni dişdiyəjək. Adamlar deyillər ki, ay bala, qorxma, o it çoxdan ölüf. Nəkqədər təpihləsən də ayılan döyül, amma o inanmır. Elə hey deyir ki, yox, duruf məni dişdiyəjək.
Munnan sora bir qorxax adam görəndə “sən də ölmüş itə bir təpih vuruf qorxannardansan” deyillər.
Dostları ilə paylaş: |