7. QORXUNU GÖTÜRMƏK
I mətn
Bir də görürsən uşağ yuxuda səhsənir, qorxuf oyanır. Gətirillər uşağı yatızdırıllar. Yatızdırannan sora bir əliynən ləyəni tutur, bir əliynən də suyu tökür. Bir adam da, – onun sözdəri var, – onu deyə-deyə qayçıynan suyu kəsir ki, bu nədən qorxufdusa uşağın üsdən kəsirəm. Onu hər adam eliyə bilmir. Onu qavaxkı qoca adamlar yaxşı eliyir. Onnan da uşağın qorxuluğu götürülür.
II mətn
Uşağın qorxuluğunu çıxarmax üçün uşax yatanda başının üsdə bir kasa su qoyullar. Sora yeddi ojax kösövünü o suya salıllar. Uşax diksinif oyanar, qorxuluğu çıxar.
Ya da uşağın qorxuluğunu götürməh üçün başı üsdündə şüşə sındırıf sora ojax kösövünü alnının ortasına, biləhlərinə, dizinin gözdərinə, kürəhlərinə çəkəllər.
III mətn
Uşax qorxanda çox vaxt uşağı yatızdırardılar, qızım. Sora uşağın yatdığı yasdığın yanına bir kasa da su qoyurdular. Bu kasadakı suyun içinə yeddi közü ojaxdan götürüf, o vaxt ojax qalıyırdılar – peşdən kömürü götürüf bir-bir atırdılar, cızıldıyırdı. Uşax qəflətən səhsənif oyanırdı. Beləlihnən uşağın qorxuluğunu götürərdilər. Uşax bir də qorxmazdı.
IV mətn
Qorxuluğu götürmək üçün kəfşənnən mal gələndə onun ayağına su çiliyirdilər. Uşağı onun üsdünnən keçirirdilər.
V mətn
Gecə pis, qorxulu yuxu görəndə bir baş soğanı götürüf dizdiyif uzaxa tulluyuf deyillər: “Ajılığı atıram”
8. BOĞAZ AĞRISI
Uşaxların boğazı ağrıyanda, nənəm uşağın boğazını ovardı, deyərdi:
Dağlara, daşdara,
Qoyunnara, qoşdara.
Bunu bir neçə dəfə deyif uşağın boğazın ovardı. Qəflətən qorxuzardı. Bunnan da uşağın xəstəliyi gedərdi.
Dostları ilə paylaş: |