Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə12/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   8   9   10   11   12   13   14   15   ...   238
9. CİN HAQQINDA
I mətn

Həqiqətən, bu olmuş işdi. Kişinin bir dənə pişiyi olur. Be­qə­viliyət sözdü, amma danışajam. Kişi təhcə yaşıyırmış. Kişi yatır, gejənin yarısı görür pişih buz təki gəldi içəri, girdi yerinə, yatdı. Bir gün belə, beş gün belə, axırı bu kişi deyir ki, bu pişiyi güdəjəm, gö­rüm hara gedir.

Kişi yalannan durur girir yerinə, özünü oyax saxlıyır. Görür pişih yavaşca qapını aşdı, çıxdı. Kişi durur pişiyin dalınca gedir, gedir. Bu yol sənin, bu küçə mənim, o küçə sənin, axırda pişih gəlir çıxır də­riyə. Kişi daldan baxır ki, vallah, bu dərədə bir zıpbıltı var, çal oyna­sın, vur çatdasındı. Aralıdan kişi qulağ asır. Eşidir ki, deyillər:

– Dümbəhçi çalan, niyə gej gəldin?

Deyir:

– Vallah, mənim də yiyəm varıdı, yatmırdı. Güjnən yatırdıf çıxmışam.



Gətirif bir şey verillər bunun əlinə. Başdıyır çalmağa. Çalıllar, oynuyullar, çalıllar, oynuyullar. Tay bunnar dağılan kimi, kişi tər­pə­nir. Gəlir yerinə girir, yatır. Görür pişih də bunnan sora girdi ye­rinə, buz təkidi, yatdı. Kişi də axı bunun əməlini görüf. Kişi həmişə çörəh yeyəndə bunun çörəyini surfanın qırağına qoyurdu. Bu səfər bunun yeməyini götdü qoydu yerə. Bu pişih yeməyə baxır, kişiyə baxır (həmən olmuş işdi bu), nətər tullanır kişinin başına, kişinin üzünü belə laylıyır qoyur yerə. Kişinin üzünü cırır, qapıdan çıxır.

Atam deyir, biçinçimiz varıdı İranda, biçinçiyə çörəh aparır­dım, gördüm kişinin üzü bax belə-belədi. Dedim ki, əmi, sən Allah, nə oluf oraa? Deyir, kişi söhbət elədi ki, pişih məni qoyuf bu günə. Elə onnan çıxdı, deyir, getdi.


II mətn

Yavər bibinin yoldaşı İbrahim də seyidiydi, Mir Abdullanın oğluydu. Göyrəbasda iki dəyirman olup: biri aşağı dəyirman, biri yuxarı. Mir Abdulla gəlip Mürşüdün dəyirmanına. Nööbəsi gəlip, taxıl yühlüyürmüş gecə. Axşamnan xeyli keçəndə bir də baxıp gö­rüp ki, bıdrana, nağareynən, zurneynən gəlillər: – “Ay nöyüt alan, ay nöyüt alan!” Tökülüllər dəyirmanın qabağına. Bı kişi də əgər durup qol götürüp oyneseydi, onda taleyi pozulurdu. Kişi isdiyir dura qol çala oynuya (aqam* söypət eliyirdi e, rəhmətdih). Baxır görür ki, bı qarmaqarışıxlıx bı dediyinnən deyil. Deməh bırdan atı minip Göyrəbasa qışqıra-qışqıra, ağlıya-ağlıya gəlmişdi. Rəhmətdih aqam orda srazı başa düşüp ki, bınnar cinnərdi. Ora elə bir yerdi ki, hesab elə cin yığıncağına bənzər bir yerdi e. Kahalardı, qayaların arasındadı. Kişi ordan qaşmışdı. Bir də camahat tökülüp gedip, görüplər ki, ə, nə toy çalan, nə oynuyan, heş bir şey yoxdu.




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin