Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə124/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   120   121   122   123   124   125   126   127   ...   238
16. RUH TUTMA
I mətn

Ruf tutma beləydi ki, məsələn, cavan gəlinin üsdünə hüzr ye­rin­nən çıxan adam gəlsəydi, onun rufu tökülürdü üsdünə. O adamın uşağı olmurdu, ya da düşürdü, uşağı qalmırdı. Onu da suynan kəsillər. Elə bil ki, çölə iki quruşkada su qoyullar. Qoyan adam bilir ki, məsələn, bı ölü rufunun suyudu, bı da pişikdən-itdən gələn rufdu. Adam göndərirdilər, gedif o suyu götürüf gəlirdi. Əgər onu ölü rufu tutufdusa, ölü rufunun suyunu gətirirdi, ya bir pişih gəlifdisə, onun rufu tökülüfdüsə, onda o biri suyu gətirərdi. Həmən ruflu adamın başına qara şal atırdılar. Bir ləyəni altdan tuturdular. Onun sözdəri var, deyə-deyə o suyu kəsirdilər. Onnan sora həmən adam uşağa qalır, uşağı olur.


II mətn

Ruf tutmax belədir ki, uzun dəmirdi. Dəmirin başı toppuz kimi olurdu. Dəmirin baş tərəfinə ip bağlıyırdılar. O ipi əlində fır­ra­dırdı, kənarına da kömür qoyurdu, çörəh qoyurdu, dəmir qoyurdu. Sora da o əliyi fırrada-fırrada açırdı. Açanda dəmir o tərəf-bu tərəfə yellənirdi. Nə bilim, ürəyində bir-bir o ojaxda ölən kim varsa –atasının, anasının, babasının, nənəsinin addarını deyirdi, hansına tərəf gedirdisə, deerdi səni filankəsin rufu tutuf. Sora yeməhlərin addarını deyirdi – dolma, pulov, filan şey. Deerdi səni babaan rufu tutuf, cümə axşamı pulov bişirərsən. Plovu bişirirdilər, onnan da uşağın xəsdəliyi gedir­di. Ruf tutan adamın axşam tərəfi görürdün halı dəyişirdi, ürəyi bulanırdı, yuxusu pozulurdu, heysiz olurdu. O dəyqə deyirdilər ki, munu kiminsə rufu tutuf. Onun rufunu götürənnən sora düzəlirdi, yaxşı olurdu.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin