20. İLAN TUTAN SEYİDLƏR
I mətn
Qumlaxda Sofu Usuf vardı, Allah rəhmət eləsin. O duradı çağırardı, ilan çıxıf gələrdi yanına. Sinəsini də açırdı, ilan gəlif giridi onun qoynuna. Onun barmaxlarının başının hamısı belə idi. Oğlannarının da uşağı olmadı. Çünki ona ilan qarğış eləmişdi. Cavan vaxdı iki sevgilini bir-birinnən ayırıf. Rəhmətdihlər bir-biriynən söhbət eliyəndə eşitdim. Onda mənim olardı on bir yaşım. Çağırıflar ki, baba, gəl bizim evdə ilan var. Bu da gedif görüfdü ki, biri ağ ilandı, biri qara ilan, sarılıf bir-birinə. Burda bunun qəzəbi tutur ilana. İlanı tutuf bir-birinnən ayırıf. Birini atıf yan təpəyə, birini də, – o eşşəhnən gəlif gedirdi, – aparıf Qumlaxda atıf gəyənə. Onnan sora ilan ona qarğış eliyif. Özü də bilirdi. Özü deyirdi ki, onda ilan maa qarğış elədi ki, bizi niyə ayırdın.
Gəlirdi qapıda dururdu, çağırırdı, ilan gəlirdi. Yappa papağı vardı quzu dərisinnən. Qoyurdu yerə, duasını oxuyuf ilanı çağırırdı. İlan girirdi papağa, qıvrılırdı, götürüf atırdı qoynuna. Heylə mən gözümnən şahidi olmuşam.
II mətn
Gözümnən görmüşəm, ovsunçu gəlip, onda mən Gülşən kimiydim (yanındakı qonşu uşağı göstərir – top.), gəlip iysiliyip (söyləyici nəfəsini içəri çəkən kimi edir – top.) deyip: "Burda ilan var – evdə".
Nənəm deyip ki, gir. Paltarını-zadını soyundu. Ayıb olmasın, nənəmin yekə bir şalı varıdı, büründü, yəni bədənində heszad yoxdu dana. Getdi girdi içəri. Çağırdı:
Şahmarsan, gəl,
Yelmarsan, gəl.
Gəl, Süleyman peyğəmbərin
Möhürünə gəl.
Gördüm kişi belə doluxsundu. Taxçada buğda varıdı, dolu. Girdi pəyiyə, çağırdı. Nəğədə çağırannan sora ilan şapbıltıynan düşdü buğdanın üsdünə. Götdü belə puf elədi, götdü əlinə, qayıtdı kı, yumurtanın üsdündeymiş e, onüçün gej gəldi, yumurtduyurmuş. Dedi:
– Bax, burdan (buğdanın ilan düşən yerindən – top.) maa hax ver.
Birdən ilan zəhərini-zadını töküb eliyər daa. Nənəm də gəldi ləənnən xeylax götdü, buna buğda verdi. Həə, onnan sora geyindi, ilanı da torbuya saldı, götdü getdi.
Dostları ilə paylaş: |