III
İNAMLAR
1. CİN DƏYİŞƏYİ
Görürsən birinin uşağı var. Deyillər uşağı yiyəsiz qoyma, cin dəyişər. Mən, genə bağışdayın, üzr isdiyirəm, bu uşax olannan sora durdum, anam tək idi da, özüm nağarırdımsa, qayıtdım gəldim girdim içəri. Dedim:
– Ay nənə, bu qız niyə belədi?
Dedi:
– Nədi ki?
Gəldih baxdıx, gördüh ki, uşax həmən uşax dəyil. Bax, and olsun Allahın adına, ölənnərimizin goru hakqı, burun varıdı noxutdan balaca, gözdər varıdı adicə sərçə gözü, ağız pis, sifət pis. Nə qədər eliyirdim, uşağa səmt dura bilmirdim. Bir ay o uşağ heylə oldu.
Bir aydan sora zapravşik Məhəmməd nəvəsinə sünnət edirdi. Nənəm dedi ki, bala, Suqragil gələjəh ora. Nənəm getdi dedi ki, ay Suqra, bəs belə-belə da, Məhəmmədin qızı belə oluf.
Deyif:
– Yiyəsiz qoymusunuzmu?
Deyif:
– Hə.
Deyif:
– Cin dəyişif. Yaxşı olajax. Bir havrdan olajax həmən uşax.
Ağlıyırdı, yasdığı qoyurdum ağzının üsdə ki, gəlim görüm ölüf. Görürdüm yox, ölmüyüf. İki saatda dörd putulka südü əmirdi, genə səsini kəsmirdi. Axşam çağı idi. Gördüm ağlıyır. Nənəm deyir:
– Bala, Allaha ağır gedər, get genə putulkanı doldur, qoy ağzına.
Getdim, gəldim dedim:
– Nənə, gəl içəri.
Baxdıx ki, uşax elə bil atkritkadı. İndi həmən qızım balalarımın hamısınnan qəşəhdi.
Dostları ilə paylaş: |