Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə131/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   127   128   129   130   131   132   133   134   ...   238
2. PİŞİKLƏ BAĞLI İNAMLAR

I mətn

Bizim elatda bir qadın vardı. Bınnarın yeddi ildi uşağları olmurdu. Qadın işdə oluf. Bir pişik girif bınnarın evində doğuf. Yoldaşı evdə oluf. Pişiyin balalarını yığıf karofkaya, gətirif. Kişi yazıx-yazıx qayıtdı ki, bizim fərəsətimiz yoxdu uşağımız ola, gəlif evimizdə balalıyıf. Dedim, yox, heylə demə. Gör gələn il bı vaxta qədər sənin uşağın olajax, olmuyajax. Heç iki ay çəhmədi gəlin işə gedəndə yolda yıxıldı. Həkim dedi ki, uşağı var. İndi bir qızı oluf.


II mətn

Pişih elə bir heyvandı ki, gərəh evə özü girə. Bizim bir qonşu oluf, çox ağır xəsdə oluf. Onun yoldaşı o qonşuya girirdi ağlıyırdı, bu qonşuya girirdi ağlıyırdı, harda olsa ağlıyırdı ki, kişi öləjəh, dul qalajam. Bir gejə görüllər ki, bir qara pişih gəldi xəsdənin qırava­tı­nın altında yatdı. Üç gün o pişiyi neyniyiflər, yerinnən tərpənmiyif. Kişi də elə bil böyünə-səhərə öləsiydi də. Üçüncü günü qapı açılanda pişih çıxıf gedif. Elə bil o qadasını-balasını pişih götürdü getdi. Onnan sora kişi əyağa durdu, yeddi-səkgiz il yaşadı. Pişih evin ağırrığını özüynən aparır.


III mətn

Təzə evə birinci pişik buraxallar ki, evi-binəni gəzsin, nəzəri götürsün.


IV mətn

Bizm evə pişih gələndə səhərisi gün ölürdü. Bir gün atam getdi Güləbürd kəndində seyid vardı, onun yanına. Ona baxdırmışdı. Demişdi ki, sizin eviniz ojax yeridi, pişihdə peyğəmbər tükü var. Onun da ikisi bir yerə düşmür. Nə vaxt gətirsəniz o pişih öləjəhdi. Evə gətirmiyin, tay da o qan-qarğışdı. Biz onnan sora bir də evimizə pişih gətirmədik. Yeddi dəfə gətirdih, yeddisində də öldü.




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin