Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə134/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   130   131   132   133   134   135   136   137   ...   238
5. BƏYQUŞ HAQQINDA
I mətn

Biz hamımız bəyquşu bəduğur heyvan kimi tanıyırıx da. Am­ma bəyquş bəduğur döyül. Bəyquş İmam Hüseyn qətlə yetirilin­cə insanın süfrəsinin qırağında otururmuş, insannan çörəh yeyirmiş. Elə ki, insannarda vəfasızlığı gördü ki, İmam Hüseyni qətlə yetir­dilər, onnan sora bəyquş çəkildi. Bütün günü İmam Hüseyn üçün ağlıyır.

Bir dəfə yataxda getdih gördüh ki, – bəyquş iki dənə yumurta qoyar, – gördüm ki, biri yatıf yumurtanın üsdündə, biri də zarıyır. Gündüzdər İmam Hüseyn üçün ağlıyır, gejələr də düşür ruzusunun dalına. Amma biz bəduğur heyvan hesab eliyirih. Onnan uğurlu heyvan yoxdu.
II mətn

Süleyman peyğəmbər şahlarnan ova gedəndə görür ki, bir bayquş orda danışır. Süleyman peyğəmbər ayağ saxlıyır buna cavab verir. Bu paççah Süleyman peyğəmbərə deyir ki, nə deyir o, nə danışırsan onnan? Deyir ki, vallah, harda abad yer görürəm, kənd görürəm, oranı qarğıyıram ki, xarabalığ olsun. Bu bayquşun cinsi xarabalıxda qalmağdı.

İlan üstünə gəlsə, Süleyman peyğəmbərin adını çəksən, ilan or­da qıvrılıb qalar. Süleyman peyğəmbərin adını çəksən, üsdünə ayı gəl­sə, o da qayıtmalıdı, canavar gəlsə, o da qayıtmalıdı. Allah-tala Sü­leyman peyğəmbəri yaradanda bütün insin-cinsin hamısının dilini ona verib.
III mətn

Bayquşu çörəynən, duznan, bir də Süleyman peyğəmbərin adıynan qovmax olar. Olar şər vaxdı çıxar, günbatannan sora. Duz-çörəh götür, çıx qabağına, and ver duza-çörəyə ki, çıx get.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin