9. RƏQƏMLƏ BAĞLI İNAM
Toyux basdıranda yumurtaları altına təh-təh yığırdılar: ya on bir, ya on üç, ya on beş. Təh rəqəmin həmişə müqəddəs biliblər. Tək olmağı yaxşıdı də. Allahın adı da təhdi. Özü də qoyanda deyirdik ki, mənim öz əlimlə yox, Fatma ananın əliynən qoyuram. “Pismillah” – deyirdi, yığırdı toyuğun altına. Biri də lax olmurdu, hamısı çıxırdı.
10. AĞACI QORXUTMAQ
Rəhmətlih İslam babamgilin yekə armut ağaşları varıydı, amma meyvə vermirdi, yekə ağacıydı. Rəhmətdik Fizzə nənəm deyirdi: “Ay kişi, dur baltanı götür, gedəh ağacın divinə. Sən deynən bı ağacı bı saat kəsəjəm, mən də deyəjəm a kişi, sən Allah, kəsmə, gələn il yəqin bar verəjəh, kəsmə”. Həqqətən, hədələdi, gələn il bar verdi. Bax, Quran haqqı. Bir də gilas ağaşdarı vardı, o da heylə gej bar verirdi. Heylə elədilər, qorxuzdular ağacı, ağaş bar verdi.
Dostları ilə paylaş: |