VII mətn
Mən iki dəfə onnarın dəsdəsinə tüşmüşəm. Bir dəfə o Damcı bılax deyirih e, onun ətrafında traxtirist işdiyirdim, cavan vaxlarımıydı, iyirmi altı-iyirmi yeddi yaşım varıydı. İşdən çıxıf gedən vaxdıydı. Əllərim bılaşığıydı. Gəldim ki, bılaxda yuunum, susamışam, bılaxdan su içim, gedim. Gəldim, gördüm ki, bırda böyüh bir dəsdə oturuplar, çay, yeməh, işməh, çalğıçılar, qarmon, qaval. Bı həməşə olup, adamlardı da. Toran qarışan vaxdıydı. İki dənə qız durup suyun gözündə. Bı qızın biri dedi ki, su içəssən? Dedim ki, hə. Ta gördüm ki, bunnarın ayna durmaxları yoxdu ki, mən yuyunam, elə su içim, gedim. O isdəkannar ki var e, bir əz belə dar, o isdəkannardan doldurup iki ovcunda belə uzatdı mənə. Mən indi bı isdəkanı alıp içəndə hər yeri bılamıyım deyə iki barmağımnan isdədim ki, tutam isdəkanı, içəm. Belə iki barmağımnan tutanda bı qız əlini çəhdi, mən çatdırıp tuta bilmədim, isdəkan əlimnən tüşdü daşın üsdünə. Dedim “pismillah”. “Pismillah” – deyəndə gördüm ki, bırda heş kim yoxdu, isdəkan tüşüf, iki bölünüf, yer də hələ islaxdı. Sora yuyundum, getdim.
Sora bir din xadimi dedi ki, yaxşı ki, suyu işməmisən, yoxsa səni sağaltmax mümkün olmazdı.
10. GOREŞƏN
Kəntdə bir kişi gecəyarısı qəvirsannığın yanınnan keçirmiş. Atnan gedirmiş. Deyir, gejə vaxdı bir də gördüm qara uzun bir kölgə atımın tərkinə yaxınnaşdı. Yığıldı, yığıldı, tofa ilana döndü. Başdıyır onu qollarıynan sıxıf boğmağa. Heş nə eləmirmiş, dişdəmiyif, eləjə boğurmuş. Kişi bir təhər onu özünnən aralıyır, atı çapır. Camaat deyir ki, bı goreşəndi – cin nəslinnəndi. Gölgə kimi isdənilən formuya düşür. Adamı gejə vaxdı boğur.
Dostları ilə paylaş: |