4. BİŞİBİTDƏNİN NAĞILI
Biri varıymış, biri yoxuymuş, bir məmləkətdə bir qoca ana və bir qoca ata var idi. Onnarın ahıl vaxdarında bir oğlannarı olur. Kiçik olduğuna görə adını Bişibitdən qoyullar. Bişibitdən həmişə fikirrəşirmiş ki, mən neynəyim ki, atamnan anam cavannaşsın, tay-tuşdarımın ata-anası kimi olsun. Bir günnəri onun qarşısına bir dərviş çıxır və deyir:
– Oğul, mən sənin dərdini bilirəm. Sən isdiyirsən atan-anan cavannaşsın, gərəh gedip yeraltı dünyadan öküzün belindəki almanı gətirəsən. Sənin atan-anan o almadan yeyə, cavannaşa.
Bişibitdən bu sözdən həm sevinir, həm də kədərrənir. Sevinir ona görə ki, onun ata-anasının cavannaşmasının dərmanı var. Məyus olur ona görə ki, yeraltı səltənətə getməh üçün o hara getsin, dərdini kimə desin. Buna baxmıyarax, o fikrində qəti idi. Nə yolnan olur olsun, gedib qızıl almanı gətirməlidi. Odu ki, durup gəlir ana-atasının yanına, uzax səfərə çıxacağı barədə xəbər verir. Ata-anası ona belə deyir:
– Ay bala, hara gedirsən, bizim bir ayağımız burda, bir ayağımız gordadı. Gəl sən bu fikirdən əl çək. Bizim ocağımızı söndürmə, bala.
Bişibitdən bunnarın sözünə qulağ asmıyarax bir dəmir çarıx düzəltdirir, bir xurcun götürüb, içinə quru çörəhdən doldurup düzəlir yola. Az gedir, üz gedir, dərə-təpə düz gedir. Sıldırım qayalardan, başı qarlı dağlardan keçir, qırx gün, qırx gecə yol getdihdən sora gəlip bir yerə çatır ki, buranın dünyada tayı-bərabəri yox idi. Bir tərəfdə şəlalə, bir tərəfdə gül-bülbülü, bülbül-gülü çağırır. Birdən orada bir kişinin öküz sürüsü otardığını görən Bişibitdən ona tərəf yaxınnaşır. Dərdini ona danışır. Qoca nurani kişi ona deyir:
– Oğul, düz yerə gəlip çıxmısan. O öküz mənimdi. Mənə qulluğ edərsən, qulluğunnan razı qalsam, onu sənə verərəm.
Onnar axşam vaxdı öküz sürüsünü bir dərəyə gətirillər. Öküz sürüsünün sahibi bir tilsim oxuyur. Yer aralanır, əvvəl heyvannar, sora sürü sahibi və axırda Bişibitdən daxil olur. Sürü sahibi bir tilsim oxuyur, qapı bağlanır. Onnar mənzilə çatmax üçün bina edillər. Bişibitdən yolda gələndə görür ki, bir quşu dilinnən asıplar. Onu açıp buraxır. Quş ona bir lələh verir, deyir:
– Saxla, sənə lazım olaram. Nə vaxt lazım oldum, bu lələyi yandır. Gəlib sənə köməh olaram.
Bişibitdən lələyi kefsiz alıp qəyişinin altına qoyur. Bir qədər getdihdən sora bir atın quyruğunnan bağlandığını görür. Atı quyruğunnan açıp buraxır. Onnar, nəhayət, qırx günnən sora gəlip evə çatıllar. Evin sahibi hər şeyin yerini Bişibitdənə sınat verir. O başdıyır can-başnan qulluğ eləməyə. Beləlihnən, illər illəri əvəz eliyir. Bişibitdən boylu-buxunnu pəhlivan kimi bir oğlana çevrilir. Malikanə sahibi onun qulluğunnan razı qalır. Onun üçün də Bişibitdəni qulluğa götürür.
Artıx ağa qocalmışdı. Bişibitdən ona da qulluğ eliyirdi. Bir gün Bişibitdəni ev yiyəsi yanına çağırıp deyir:
– Oğul, artıx mən qocalmışam. Dünyada sənnən başqa heş kimim yoxdu. Dünyada mənim kimi varrı-hallı adam da tapbax olmaz.
O, bu sözdəri deyir. Yasdığının altınnan qırx haçar götürür.
– Bunnarın içində sənə nə lazımdı, var. Ancax nə badə qırxıncı otağı açasan. Ordan sənə xeyir gəlməz. Munu mən saa vəsiyyət eliyirəm. Mənim belə evlatsız olmağımın səbəbi o otaxdı.
Elə munu demişdi ki, nəfəsi ağzınnan çıxdı. Munu ləaxlı basdıran Bişibitdən evə qayıdır. Bişibitdən birinci otağı açdı, burda qızıl-gümüş, ikinci otaxda ləl-cavahirat, üçüncü otaxda şərab içkiləri, beşdə bəzəhli quşdar, altıda dünyanın bütün təamları, yeddincini açanda burda öküz sürüsü görür. Bunnarın içərisində biri o birilərdən fərqlənirdi. Qarannığ otaxda gözdərinnən işıx gəlirdi. Bişibitdən ona yaxınnaşır. Görür kü, buna lazım olan alma burdadı. Çox sevinir. Yaxınnaşır o qızıl almanı kəsip götürür. Öküz yıxılıb ölür. Beləlihnən, o, qırxıncı otağa çatır. Öz-özünə deyir: "Burda mana nə lazımdısa götürdüm. İndi çıxım gedim". Bu vaxt görür burdan çıxmağın sirrini bilmir. Bişibitdən fikirrəşir: "Onsuz da burda ölüp qalacağam. Qoy elə qırxıncı otağı da açım, görüm orada nə var". Yaxınnaşıb qızıl haçarnan qırxıncı otağı açır. Görür kü, burda bir gözəl qız saçınnan asılıp. Yaxınnaşıp onu saçınnan aşmağ isdiyir. Bu zaman vay-qışqırıx düşür. Divardan divlər çıxıp Bişibitdənin üsdünə hüjum eliyillər. Bişibitdən onnarnan vuruşub əldən düşür. Bilmir neyləsin. Bu vaxt yadına atın verdiyi tüh düşür. Tez tükü yandırır, at yanında peyda olur. Bişibitdən qızı götürüp, ata minip qaçır. Bura gəlməsinin səbəbini qıza danışır. Deyir:
– Sirri bilmirəm, ona görə də burdan çıxa bilmiyəjəm.
Qız deyir:
– İşıxlı dünyanın yolunu dilinnən asılmış quş bilir. Onu da bu məmləkətin sahıbı dilinnən asıp. Ona görə ki, burdan çıxmağın yolunu təhcənə o bilirdi. Atı da quyruğunnan ona görə asmışdılar kı, bu otaxdan çıxmağın yolunu təhcə o bilir. Mənim saçımnan asılmağımın səbəbi çox uzun məsələdi. Vaxdıynan mənim babam bu yeraltı dünyanı tilsimiynən ofsunnayıp cəhənnəmə döndərmişdi. Bu tilsimi malikanə sahibi qıra bildi. Təhcə bu otağı saxladı. Babamın hayıfını mənnən almaxdan ötəri məni bu tilsimli otağa salıp saçımnan asıp. Bu tilsimi qırdığına görə malikanə sahibinin övladı olmadı.
Bu vaxt Bişibitdən tokqasının altınnan quşun lələyini çıxardır. Onu yandırıb üfürür. O dəyqa Zümrüt quşu onun yanında peyda olur. Onnar quşun belinə minib işıxlı dünyaya gəlillər. Bişibitdən gəlib evlərinin qapısını döyür. İçəridən səs gəlir:
– Sizə kim lazımdı? Bizim bir övladımız varıydı. O da bir neçə il munnan qabax öldü.
Bişibitdən özünün sağ olduğunu onnara deyir. Onnar gözdərinə inanmıllar. Bişibitdən gətirdiyi almanın yarısını atasına, yarısını da anasına verir. Onnar cavannaşıllar. Bişibitdən qarannıx dünyadan gətirdiyi nemətdəri yerbəyer eliyip gətirdiyi qıznan evlənir. Onnar ömürlərinin axırına qədər kef-damağnan yaşıyıllar.
Dostları ilə paylaş: |