Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə149/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   145   146   147   148   149   150   151   152   ...   238
11. HƏZRƏT ƏLİ
Bir gün imam Əli girir su suarmağa. Belinə bir şivrim bağlıyır, su suarır. Vəzir, vəkil çıxmışmış ova. Deyir ki, əmi can, işin irəli. Bırda niyə su suarırsan?

Deyir:


– Mən qulam da. Bir adam yoxdu ki, məni apara işdədə.

Deyif:


– Gə gedəh bizim ağamızın yanında işdə, bizə nökər lazımdı.

Gətirif deyir:

– Patşahi-aləm sağ olsun, yolda bir dənə kişi vardı, belində şivirim. Gətirmişəm ki, bizdə tavla-zad altı təmizdəsin da, nökər.

Deyir:


– Xoş gəlmisən oğul, əlinnən nə gəlir?

Deyir:


– Əlimnən hər şey gəlir, bir tavla təmizdəməh gəlmir.

Deyir:


– Yox, nökərsən, təmizdəməlisən.

Baxır ki, hər yer kol-kosdu. Yatır, üzünü tutur Allaha, bacıla­rını çağırır. Bacıları deyir:

– İmam Əliyə bir iş tapşırılıf, gedəh o tavlanı təmizdiyəh.

Tezdən duruf görür nə? Tavla elə bil çiçəh, od tutuf yanır. Bı nətər yatıf, heylə də duruf, amma tavlıya baxırsan çiçək kimi təmiz. Deyif:

– A qulum, sənnən bir söz soruşum.

Deyif:


– Soruş.

Deyif:


– Bı ağajdarı sən qəşəh təmizdiyə bilərsənmi? Orda mənim dörd dənə pəhlivanım var, gələ bırda sənnən oynuyə. Oynuyə bilərsənmi?

Deyif:


– Oynuyaram.

Üzünü tutuf Allaha, bacılarını çağırıf. Deyif:

– Bı ağaşdarı götürürsən, yerinə gül əkirsən.

Bu da yatır. Patşahın da gözü bundadı. Vəzir, vəkil baxçıya baxır, gedir deyir ki, patşahi-aləm sağ olsun, həyət od tutuf yanır. Get bax, çiçəh-çiçəyi, bülbül-bülbülü çağırır. Hər şey öz qayda­sında gedir. Hər yer çiçəhdi. Deyir:

– Təmizdəməya bir söz demirəm. Mən bı sirdən baş aça bilmi­rəm. Mənim pəhlivannarım gələ bilərmi?

Deyir:


– Gəlsin.

Pəhlivanın biri xoruzdanır, deyir:

– Patşahi-aləm, bının nə canı var? Mən bına əl atsam, beli qırılajax.

Deyir:


– Qırılar, canın sağ olsun. Qırılsın da.

Oynuyullar. Bı nə qədər eliyir bunu yerinnən tərpədə bilmir. Qul deyir:

– Patşahi-aləm sağ olsun, izin ver, mən bı pəhlivanı tərpədim yerinnən.

Deyir:


– İzn verirəm.

Bu barmağını salır, bir dəfə fırrıyıf tulluyur. Bacıları çığırıf deyir:

– Onu Əli yola salıf. Vurun başına, qayıtsın.

Uje yavaş-yavaş yenəndə əlini atır, göydə tutuf qoyur yerə. Bı bilmədi. O biri pəhləvan gəlir, onu da həylə. O birsi gəlir, onu da gənə tulluyur. Daa uzun danışmıram. Bu da buna lağ eliyif ki, bu­nun civrimi var. Deyif:

– Neyniyəh, qırılar, qırılar da. Mən qulam onsuz da. Sizdən pul almamışam, bir şey eləməmişəm.

Genə şaha deyir:

– Patşahi-aləm sağ olsun, izin ver, bını da tulluyum.

Deyir:


– Tulla görüm.

Bir dəfə hərriyir belə, bir dəfə hərriyir belə, bını da tulluyur. Genə də deyillər bunu Əli yolluyuf, vurun başına qayıtsın. Göydə əlini salır qayışına, tutur qoyur yerə. Buların dördünü də məğlub eli­yir. Axırıncı gəlir. Deyir:

– Patşahi-aləm sağ olsun, izin ver, mən bını isdollu-zaddı tulluyum.

Deyir:


– Tulla.

Nə qədər eliyir nə isdol tərpənir, nə qurban olduğumu tərpədə bilir. Qurban olduğum da cır-cında paltarın içindədi. Deyir:

– İcazə ver, indi mən tulluyum onu.

Tulluyur, onu da tutuf qoyur yerə. Deyir:

– Qulum, buların məşqlərini çıxdıx, indi sən mənnən nə isdiyirsən?

Deyir:


– Mən sənnən heş nə isdəmirəm.

Vəzir-vəkil ayannan qayıdır ki, patşahi-aləm sağ olsun, bının cındasınnan mal tavlasının iyi gəlir, bını nəyə saxlıyırsan. Bı nökər sənin kimi patşaha layığ dəyil. Bını başına qax, çıxsın getsin. Bına agahdı axı. Üz tutur göyə, bacılarına deyir ki, o kolu-kosu gətirin qoyun yerinə. Baxıllar ki, bağdan əsər-əlamət yoxdu. Hamısı palıtdı, civirdi*, nədi, nədi. Baxır görür ki, tavla bombolom boşdu. Elə bircə dəfə deyir ki, əynə baxın, adamız gəlir. Bular o tərəfə çörüləndə bu qeybə çəkilir. Gədə gənə həmən yerdə, şıvırım belində su suarır. Şah vəzirə baxır, vəzir vəkilə baxır. Deyir, bı nə sirrdi?

Deyif:

– Qurvan olduxlarımız düşüf əlimizə, biz onu qul kimi işdət-mişih, tavla təmizdətmişih, amma qurvan olduğumuz olduğunu bil­mə­mişik.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin