Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə159/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   155   156   157   158   159   160   161   162   ...   238
III mətn

Şah Abbas Allahverdi xannan – Allahverdi xan onun vəziridi – səfərə çıxır. Deyir bir çıxax görək nə var, nə yox, camaat nətərdi? Gəlillər gün batan çağı bir qapını dööllər. Bir zənən çıxır qapıya. Və­zir Allahverdi xan deyir ki, bajı, beyjəlik Allah qonağı isdi­yir­sən? Bilmillər ki, bu Şah Abbas, bu da bunun vəziridi. Arvad deyir:

– Niyə isdəmirəm, Allaha da qurvan olum, qonağına da.

Bu da naxırçının əvləridi. Gün batan çağı naxır gəlir. Arvad tez gedir ərinin qabağını kəsir ki, ay kişi, sənnən icazəsiz bir iş görmüşəm axı.

Deyir:

– Nə iş, ay arvad?

Deyir:

– Vallah, iki nurani kişi gəlmişdi, Allah qonağı isdədi, mən də onnarı qonax elədim.



Deyir:

– Yaxşı eləmisən, ay arvad. Allah qonağını qapıdan qaytarmax olmaz.

Naxırçı da gəlir, görüşür eliyir. Bir heyvan kəsir. Bunnar yeer-içir. Yer qayırıllar. İçəri evdə bu Şah Abbasnan vəzirinə yer qayırıllar. Bu naxırçının da arvadı hamilə imiş. Hə... Gecənin yarısı arvadın ağrısı tutur. Şah Abbas yatır, amma vəzir Allahverdi xan uyaxdı. Naxırçı girir içəri, deyir ki, yatmısız? Vəzir deyir:

– Xeyr, yatmamışıx.

Deyir:

– Xayiş eliyirəm, inciməyin, sizin yeri götürüm qapıya, bizim arvad naxoşdu, onun yeri bura gələ.



Deyir:

– Nolar.

Şah Abbası da durquzur. Buların yerini çıxardıllar qapıya, yay vaxtıdı. Arvadı köçürüllər içəri evə. Arvad gecə yarısı bəri-həmlini qoyur yerə. Allah-tala bulara bir oğul baxş eliyir. Elə ki, gejənin bir yarısında bir ağ əmmamalı kişi gəlir bu qonaxların böyrünnən sivrilib girir içəri. Girir içəri, bir azdan çıxır. Vəzir Allahverdi xan yatmıyıf hələ, uyaxdı. Kişinin qolunnan tutur, deyir:

– Ay kişi, sən kimsən, nəçisən, bu zahının yanına nəyə getmişdin?

Deyir:

– Mən taleh yazanam.



Deyir:

– Nətər taleh yazan?

Deyir:

– Beyjə Şah Abbasın arvadının bir qızı oluf, naxırçının da bir oğlu oluf, onnarın taleyini bir yazmışam.



Səhər açılır, yeyif-içif yola düşəndə bu Vəzir Allahverdi xan bərkdən qahqanax çəkif gülür. Şah Abbas Vəzir Allahverdi xanın xasiyətinə bələtdi, bilir ki, bir iş oluf ki, gülür. Deyir:

– Vəzir, de görüm nəyə güldün?

Deyir:

– Şahım, heç, elə-belə, bekara.



Deyir:

– Dinim hakkı, dedin dedin, demədin qayıdanda boynuu vurdurajam.

Deyir:

– Şahım sağ olsun, boynumu vurdurma. Beyjə bu naxırçının arvadının bir oğlu oluf, sənin də arvadının bir qızı. Onnarın talehin bir yazıflar, gejə talehyazan gəlmişdi.



Dedi:

– O talehi mən pozaram.

Şah Abbas deyir ki, tərəzinin bir gözünə qızıl tökün, uşax beyjə ana bətninnən yenib, anası onu mayalandırsın, qoysun tərə­zinin gözünə, qızılnan barabar o uşağı alıram. Naxırçı deyir:

– Vallah, bilmərəm, amma anası irazı olmaz.

Gedir anasına deyir. Deyir ki, iki ağırrığı qızıl verələr, mən balamı vermərəm. Axırı kişi arvadı yola gətirir, deyir:

– Ay arvad, o uşax qalsa da, biz onun xeyrini görmərih, gəl verəh getsin.

Arvad yuyur, mayalandırır, uşağı verir bıllara. Gətirir bir sıl­dı­rım qaya varmış, dağ. Şah Abbas əmr eliyir ki, çıxart bu uşağı qayanın başına, ordan tulla. Vəzir deyir.

– Şahım sağ olsun, bu nə günah eliyif, beyjə ana bətninnən yerə düşüf. Barı bir günah işdədə. Allaha ağır gedər. Allah bizi qəzəbə salar, qəzəbi tutar bizə.

Deyir:

– Saa nə əmr eliyirəm, elə.

Bu vəzir Allahverdi xan baxır görür bu uşağın sol qaşının üsdündə bir qara xalı var. Bunu mənşirriyir da. Uşağı götürüf dağın başınnan tulluyur. Bu vədə Allah-tala Cəbrayıla əmr eliyir ki, məley­kələri göndər o uşağı göydə tutsun. Bu körpəni göydə tutul­lar. Orda o sıldırım dağın döşündə bir kaha varmış. Orda da bir qa­ya keçisi balalamışmış. Məleykələr aparıf uşağı qoyullar orda. Allah-talanın izniynən, dayağıynan keçi əmcəyinin birini uşağa əmiz­dirir, birini də öz balasına. Uşax böyüyür, yekəlir, böləyi-zadı cırır, yumalana-yumalana gəlir düşür dağın divinə. Az qalıb ki, bir yaşı tamam ola.

Bir çoban qoyun otarırmış, bunun da övladı yoxmuş. Görür qo­yun ürkdü, həmən dağın divində. Qabağa gəlir, görür cırın-çın­dı­rın içində bir körpə oğlan uşağıdı. Səvinir, bunun övladı yoxmuş. Deyir:

– Allah-tala yox yerdən bizə bir övlad yetirdi. Şükür böyüh­lu­ğa, birriyə.

Çəmbərəsi vardı, uşağı tez qoyur çəmbərəsinə. Axşam hey­vanı gün batar-batmaz tökür obuya. Səvinə-səvinə gəlir. Deyir:

– Ay arvad, Allah-tala yox yerdən bizə bir dənə övlad baxş etdi.

Arvad da səvinir. Bu uşağı yuyur, təmizdiyir, yaxalığınnan ke­çi­rir, bu körpə olur naxırçının oğlu. Bəli, bu uşax böyüyür, yekə­lir, olur on altı-on yeddi yaşında. Buların evi də el yolunun qırağın­dey­miş. Şah Abbas, vəzir Allahverdi xannan üç illik səyahətə, gəz­məyə çıxır. Gör bu Vəzir Allahverdi xanın zehninə bax. Bu uşağı görəndə tanıyır, görür həmən naxırçının oğludu. Qahqanax çalıf gülür. Şah deyir:

– Vəzir, nəyə güldün?

Deyir:


– Şahım sağ olsun, elə güldüm dayna.

Deyir:


– Yox, de görüm, nəyə güldün? Sən boş yerə gülməzsən.

Deyir:


– Bu həmən qayadan atdığımız naxırçının oğludu.

Tez gətirir bir nama yazır, Şah Abbasın bir Qara Pəhləvanı varmış, onun üsdünə ki, bu məktubu saa verən oğlanın boynunu vırır­san, iki sakka eliyif birini qapının bı tərəfinnən asırsan, bir sakkasını da bı tərəfinnən. Genə vəzir Allahverdi xan deyir ki, şahım sağ olsun, Allaha ağır gedər, bunun nə günahı var?

Deyir:

– Saa nə deyirəm, onu elə.



Şah Abbas öz dəsdi-xəttiynən Qara Pəhləvanın üsdə bir nama yazır. Deyir ki, bu oğlan ora çatan kimi boynun vırırsan. Oğlan isdiyir məktubu apara vermiyə. Atası deyif ki, oğul, şahın qəzəbinə keçərih. Uzax deyil ha, apar ver, gəl.

Oğlan məktubu götürür, qulaxlı papağı varmış, məktubu bükür qoyur qulağının divinə. Gedir. Gün qızmışmış, günorta vax­dıy­mış, bir baxçaya çatır. Baxça sən demə şahın qızının baxça­sıy­mış. Girir orda çarhovuz varıymış, əlini yuyur, yuxu bunu aparır, yatır. Bu dəhqədə qız da öz başının kənizdəriynən çıxır baxçaya gəzməyə. Görür bir gözəl-göhçəh oğlan yatıb, amma papağının qulağında bir kağız var. Alır kağızı oxuyur, görür ki, atası dəsdi-xəttiynən yazır ki, Qara Pəhləvan, bu oğlan ora çatan kimi boynunu vurursan. Tez qız məktubu cırır, atır. Atasının dəsdi-xəttiynən yazır ki, Qara Pəhlivan, bu oğlan ora çatan kimi yeddi gün, yeddi gejə toy eliyif mənim qızımı bu oğlana verirsən.

Qız həmən kağızı genə oğlanın papağının böyrünə qoyur, öz yoldaşdarını götürüf baxçadan çıxır. Bu dəhqədə oğlan ayılır görür ki, sərin düşüfdü. Durur sorahlıya-sorahlıya gəlir, kağızı çıxardır verir Qara Pəhləvana.

Qara Pəhləvan car çəkdirir ki, savaxdan bu oğlanın toyunu eliyin. Şah Abbasın qızını bu oğlana veririk. Naxırçının oğlu deyir ki, ağa, mənim atam-anam var. Deyir:

– Sənin ata-ananı da gətizdirəjeyik bura.

Bunlara üşmərtəbəli bir otax tikdirir. Oğlanın atasını, anasını da gətizdirir ora. Yeddi gün, yeddi gejə toy eliyir, qızı verir bu oğlana.

İndi Şah Abbas vəzir Allahverdi xannan üç ildən sora gəz­məh­dən qayıdır. Hamı çıxır, bir kilometir uzunnuğunda o tərəf, bu tərəfə düzülür. Bu şəhər əhli, şaha baş əyillər dana, şah gəlir. Oğla­nın da üç yaşı var. Şah Abbasın qızı deyir ki, uşağın əlinnən tut, çıx atamın pişvazına. Elə çıxır durur qapının ağzında.

Şah Abbas gəldihcə hamı baş əyir, salamlarını verir. Vəzir Allahverdi xan genə əlini-əlinə vuruf gülür. Deyir:

– Vəzir, nəyə güldün?

Deyir:


– Şahım sağ olsun, o sənin yeznəndi, o da nəvəndi, saa dedim­mi, taleh yazanın talehini pozmax olmaz. Bu qızın əridi, bu da sənin nəvəndi.

Şah Abbas deyir ki, düz deyirsən vəzir, taleh yazanın talehini pozmax olmaz. Atılır attan düşür, yeznəsinin alnınnan öpür, nəvə­sini də alır qucağına. Nağıl burda başa çatır.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin