Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə16/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   12   13   14   15   16   17   18   19   ...   238
12. ÜLKƏR ULDUZU
I mətn

Novruz bayramında – yaz gələndə o ulduz batır, əyilir. Belə bir söz var. Deyir ki, o dövürdə heyvan qıtdığı olan vaxtda, bı örüş-zad qutarır, qoyunnarın ajdığı başdıyan vaxtda bir tərəkəmə bir im­kannı tərəkəmədən örüş isdiyir qoyun otarmağa. Bı da vermir, onun qabağına ağır şərt qoyur. Bına da evdə razı olmullar. Kişi də varı qırılmasın deyə, məcburiyyət qarşısındadı, durub qızına bu fikri deyir. Deyir ki, mən o qonşıdan örüş isdiyirəm qoyun ottasın. O da deyir ki, qızı mənə ver, mən də örüşi verim.

Qız deyir ki, ata, olmaz da bı iş. Qız durub qapıdan çıxanda, kişi də bının arxasıncan ağacını atır – çomağını atır. Gejə qarannıxda tay çomağı da tapmıllar. Qız gejə durub göyə baxır, görür Ülkər sallanıb. Deyir ki:

Ülkər yana sallandı,

Doğdu yana sallandı.

Dur bir gör, ay ata,

Daha yaza nə qaldı?

Yəni yaz çatıf da, bir-iki gün qalıf. Yatıllar, səhər duruf görül­lər ki, ot bitif. Amma ağac da tapılmır.


II mətn

Günnər uzanan vaxtı Ülkər bı tərəfdən – günçıxannan doğur. Gün gödələn vaxtı bu tərəfdən (günbatandan – top.) doğur. Ona Tərəzilər də deyillər, Ülkər də deyillər. Altı ulduzdu, ikisi birdi, ikisi birdi, ikisi də birdi. Ülkərin də mənası budu.


III mətn

Ülkər ulduzu yeddi ulduzdu. Dekabrın on beşində batır. De­kab­rın on beşi batanda dağ keçiləri qarışır o biri keçilərə. Təkə on­da qarışır keçiyə. Hamısının bırnı göydə ancaq o ulduzu güdür. O da bircə gün görükmür, o da düşür dekabrın on beşinə. O ulduz batmasa, olar keçilərə qarışmaz.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin