III mətn
Məşəd Kərim kişi var idi, o danışırdı ki, Əmirəlmöminin Əleyhüssəlam bir gün bir ərəbin evində qonağ oldu, gejəni qaldı. Amma ərəb bilmədi ki, bu Əmirəlmöminindi. Dedi ki, gejə bu evdə bir oğlan dünyaya gəldi. Allahın məlaikəsi getdi bunun taleyini yazdı, qayıdıf gələndə Əmirəlmöminin bunun ətəyinnən tutdu. Dedi ki, nəyə gəlmişdin bura? Dedi ki, ya Əli, bəs, bu evdə bir uşağ dünyaya gəldi.
Dedi:
– Onun taleyini nejə yazmısan?
Dedi:
– O uşağın taleyini yazmışam ki, həddi-buluğa çatıf toy günündə o uşağ dünyasını dəyişib sükuta qərq olajaxdı.
Əmirəlmöminin buna heş nə demir. Səhər açılır, olannan, olmazdan yeyillər, içillər. Deyir ki, bu gejə sizin evinizdə bir şadyanalığ varıydı, ərəb qardaş, o nə şadyanalığıydı? Deyir ki, bu gejə mənim bir oğul uşağım dünyaya gəlifdi. Deyər ki, çox gözəl, çox mübarək. Amma sənnən bir təvəqqəm var mənim. Bu uşağ böyüsün, həddi-buluğa çatsın, evlənən vaxtı məni o uşağın toyuna dəvət eliyərsən.
Deyir:
– Ərəb qardaş, mən sənin ünvanını tanımıram, bilmirəm harda olursan, ünvanını bilmirəm, səni mən nə təər çağıra bilərəm?
Deyir ki, bir dəfə çıxarsan bir təpənin üsdünə, deyərsən “ya Əli, ədrəxnə”*.
Hə, bu uşağ böyüyür, həddi-buluğa çatır. Bu kişi bunu evləndirməh məqamında, günorta olmuşumuş, keçirmiş. Hə, bullar gedillər bəy dostlarınnan gəlinin pişvazına. Bu adamın ayləsi deyir ki, bəs sən bir adamnan əhdi-peyman bağlamışdın ki, onu toya dəvət eliyəsən. Niyə dəvət eləmirsən?
Deyir:
– Ay sağ olmuş, nə biləh o, hardadı, ünvanını bilmirih, çağırmağnan eşidəjəh, gələjəh, gəlmiyəjəh.
Dedi ki, yox, əhdi-peyman bağlamısan, söz vermisən, əhdini yerinə yetirməlisən. Bir dəfə çağır, gələr gələr, gəlməz gəlməz.
Deyir:
– Ya Əli, ədrəxni, ya Əli, ədrəxni, ya Əli, ədrəxni.
Aradan bir xeyli vaxt keçir. Əmirəlmöminin Düldülə süvar oldu gəldi. Soruşdu ki, bəs bəy hanı, niyə məclisə gəlmədi? Dedilər ki, bəy gedib gəlinin pişvazına dostlarınnan. Deyir ki, hansı tərəfə? Səmtini deyillər. Ata suvar olub bu da gedir. Gedir ki, bəyin dostları çox pəjmürdə gəlillər. Dedi ki, nə olufdu, nə hadisə üz verif? Dedilər ki, bəs bəyi sel apardı. Atı sürür, Düldülü sürür çaya ki, çayın üzüynən bu oğlanı su aparır. Atı sürdü, bu uşağı əlinə götürəndə baxdı ki, bu uşağ döyül balıxdı. Atdı suya. Suya atan kimi, balıx aralaşır, baxır ki, insandı, həmən oğlandı. Üçüncü dəfə əl atır ki, bu uşağı götürsün. İlahidən – Allah-tala tərəfinnən səda gəldi ki, ya Əli, sən mənim yazımı poza bilməzsən. Çünki Allah-tala buyurufdu ku, mənim hər şeyə güjüm, qüdrətim çatır, bircə mən yazdığım yazını poza bilmirəm.
Dostları ilə paylaş: |