13. ÇOBAN ULDUZU Günəşin arxasınnan çıxan ulduza çoban ulduzu deyəllər. O ulduz çıxanda çoban qoyunu örüşün başınnan qaytarar arxaca.
14. SAĞMAL ULDUZU Gün batmamışdan bir ulduz doğur e, bına bizdə Sağmal ulduzu deyillər. Yəni, o ulduz batana qədər sağmal qoyun gərək örüşdə ottasın, gəlməsin evə. Bının adı belədi. Amma o ulduz işığ yananda batır. Dan ulduzunnan bir az qabax batır. Sağmal deyillər ki, yəni qoyun gərək həmişə ottasın, gəlməsin evə.
15. YEDDİLƏR Yeddilər yeddi ulduzdu. Oların yeddisi də, deməli, həmişə topa çalıllar, zəyif olur oların işığı. Amma oların içində bir dənə qüvvəli işığı gələn ulduz var. Bu qüvvəli bir dənə ulduz Tərəzilərdən gedəndi. Deməli, arada münaqişə olub, keçmiş kişilər deyərmiş, bir dənə ulduzu bılar burdan guya girov götürüblər. Biyənkinin* içində də bir dənə zəyifi görürsən var, qalanı işıxlıdı. Guya olar da onu götürüflər.