Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə178/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   174   175   176   177   178   179   180   181   ...   238
39. DƏVƏ, XORUZ VƏ EŞŞƏYİN NAĞILI
Biri varımış, biri yoxumuş, bir dəvə varımış, bir xoruz, bir də eşşəh. El dağa köçmüşmüş. Bınnar qalmışmış yurtda. Arıx ol­du­ğuna görə nə dəvəni aparıbmışdar, nə də eşşəyi. Xoruz da elə bir küşdə bürüşüb qalmışmış. El köçür dağa, qalır hər yer yəəsiz, bınnar üçü otlaxdarda otduyullar, şellənillər, yaxşı kökəlişillər, əmələ gəlillər, yaxşılaşıllar.

Günnərin bir günündə bırdan elat gedirmiş. Bı tapbıltını eşidəndə eşşəh deyir ki, mənim anqırmağım gəlir. Xoruz deyir:

– Mənim bannamağım gəlir.

Dəvə deyir:

– Nə sən anqırma, nə də bannama. Bannıyajaxsan, gəlip bizi tutub aparajaxlar. Səni kəsip yeyəjəhlər, bizi də yüklüyəjəhlər. Belə bu cür də sakit yaşıyax.

Eşşəh dəvənin sözünə baxmır, anqırır, xoruz bannıyır. Yoldan keçən elat deyir: "Deyəsən, bırda el, oba var". Baxıp görüllər bir dəvədi, bir eşşəhdi, bir də xoruz. Tez xoruzu tutup kəsillər, eşşəyi də, dəvəni də yüklüyüllər, düşüllər yola. Gedillər, gedillər yolun bir aləmində eşşəh yorulur. Eşşəyin yükünü də açıp dəviyə yüklüyül­lər, eşşəyin özünü də yüklüyüllər dəviyə. Bir az gedənnən sora dəvə lap əldən düşür. Bir az da gedənnən sora gəlip çıxıllar bir yoxuşa. Bı yoxuşa çıxanda dəvə deyir:

– Oynamağım gəlir.

Eşşəh deyir:

– Dəvə qardaş, gəl sən belə eləmə. Dağın başına çıxmışıx. Məni burdan salarsan yerə, mən ölərəm. Bəs elə şey olar?

Dəvə deyir:

– Sən mənim sözümə qulağ asmadın. Belimizin yağırı güjnən düzəlmişdi, indi-indi əmələ gəlmişdih. Sana dedim anqırma, xoruza dedim bannama. Siz məni eşitmədiz, indi də mən səni eşitmiyəcəm – belə deyir. Dəvə başdıyır oynamağa. Dəvə oynuyanda eşşəh dəvənin belinnən düşür tapbıltıynan, ölür.

O yedi, yerə keşdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düş­­­dü. Biri sənin, biri mənim, biri də gendə durup “isdəmirəm” deyənin.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin