Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə19/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   15   16   17   18   19   20   21   22   ...   238
17. KARVANQIRAN AĞACI
Keçmişdə karvan gedirmiş. Axşam olanda yolda düşüllər, ge­di­llər həmən ağacdan qırıf gətirillər ki, bir ojax qalasınnar, yan­dırsınnar, qızışsınnar. Sital deyilən bir ağaj var. Səhərətən nə təhər eliyillərsə, bı ağacı yandıra bilmillər, karvan soyuxdan qırılır.
18. QUYRUQ DONDU
I mətn

Quyruxdoğdu deyil, quyrux dondudu əslində. Avqust ayının beşinnən sora qoyunu kəsirsən, asılqanda durur, baxıf görürsən ki, quyrux donufdu. Buna quyrux dondu deyillər.

Əslində belədi. Novruz bayramınnan on gün sora qoyun qır­xımı­na başdıyıllar. Bı, baxır ilin gəlişinə, onnan sora qoyunun güm­rah­lığına, havanın isdi-soyuxluğuna. Ola bilər hava ilə əlaqəli lap iyirimi gün sora da qırxıma başlıya biləllər. Amma qoyun gümrah­dısa, bayramdan on gün sora, aprel ayının əvvəlinnən onun qırxımı­na başdıyırdılar. O vaxt aprel ayı demirdilər də, elə bayramdan on-on beş gün sora deyirdilər.

Bir yay girəndə quzunu qırxallar, bir də Quyrux doğannan sora. Yaz qırxımına “yapağı” deyillər, quzu yunu elə quzu yunudu. Quyrux doğannan sora qırxılan yuna “güzəm” deyirdilər.

Yaz yarı olanda elat dağda olardı. Quyrux doğannan sora yavaş-yavaş gələrdilər arana.
II mətn

Yay üç ay olur, onun qırx beşinci gününə Quyrux doğdu de­yil­lər. Quyrux doğdu döör, quyrux dondudu. Deməli, el, hamı gedir dağa. Fəsil dəyişir, elə xəbər verillər ki, əə, day yayın qırx beşidi, qışa doğru gedir. Köş dağdan enir, gedir, məsələn, Salyana. Buna deyillər Quyrux dondu. Quyrux dondudan sora qış özünü gösdərir. Adicə dəvə – Allahın heyvanıdı, həmən Quyrux donan günə­cən yönü dağa sarı yatır, Quyrux donan günnən sora isə, dəvə arana sarı yatır. Ta aranın vaxtıdı, gedək arana.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin