10. MƏN BU VAXTA QALAN DÖYÜLDÜM
Gedirmiş erməninin qavağını kəsirmiş, hara getsə, əlində nə varsa alırmış. Bir gün böyüh qardaşı deyir ki, ə, yekə kişisən, sən də camahat kimi zəhmətə qatdaş, əh-biş, nə qədər sən bı ermənini soyuf kəsif dolanassan. Qasım gejə durur hazırraşır ki, getsin. Mına təpinir ki, ə, yat yerində. Yazıx namaz qılan, oruş tutan bir kişiydi onun böyüh qardaşı. Bir dəfə, iki dəfə ona təpinir ki, yat yerində. Ta süph namazı vaxdı fikirrəşir ki, innən belə heş hara getməz də. Namazı qılır, arxeyin yatır ki, ta savaxdı, gedə bilməz. Qasım durur gənə gedir. Bizdə Qaradaş bağları deyillər, kətdən bir əz aralıdı. Erməni də gözdüyür, tezdən gedir ki, soyulmasın. Erməninin qavağını kəsir, onun yükünü alır əlinnən. Deyir ki, ay Qasım, vallah, savah deyini adam soymazdar.
Deyir:
– Ə, bilirəm, vallah, mən bı vaxda qalan oğul döyüldüm, məni bı vaxda Calal qoydu. Axşamnan işimi görüf indi çıxıf getmişdim.
Dostları ilə paylaş: |