13. NƏ BİLİM SƏNİN AĞAN QAMIŞLIQDA GİZLƏNİB?
Bir dəfə Qasım Zərdava gedif faytonnan. Orda hardasa bataxlıx yerdi, fayton batır. Nə illah eliyir, çiynini verir, ya Əli, ya Əli, köməh elə, at da batır, dartıf çıxarda bilmir. Sünnünün biri gəlir, zərdaflılar sünnüdü axı. Deyir ki, indi bəyaxdan sən ağanı çağırırsan, köməh eləmədi, indi mən ağamı çağırajam, köməh eləsin. Bı faytona çiynini verir, deyir:
– Hı, ya Ömər, köməh elə.
Qamışdıxdan qavan çıxır, xortulduyur, at hürküf dartıf faytonu çıxarıf. Deyir:
– Göörsən, məəm ağam köməh elədi.
Deyir:
– Ə, mən nə bilim səən ağan gəlif qamışdıxda gizdənif.
Dostları ilə paylaş: |